47. "Danger" (2) və ya Əxlaqlı

131 36 5
                                    

İlkin saatın 11 oldugunu görəndə hər kəsin onun yatdıgını düşünməsi ücün  otagının işıqlarını söndürdü və eyvana açılan qapıya yaxınlaşdı . Normal insanlar kimi evi qapıdan da tərk edə bilərdi amma  ailə üzvlərindən biri ilə rastlaşma ehtimalı onu fikrindən daşındırmışdı . Valideynləri xüsusilə də , atası onun Turalla görüşməyə getdiyini öyrənsəydi mübahisə düşəcəkdi . Bunları nəzərə alan İlkin eyvandan qacmagı qərarlaşdırmışdı .
Nəisə ,  evə qayıdarkən magazaların birindən aldıgı ipi eyvandakı dəmir barmaqlıqlardan birinə dolayıb düyün bagladı . Böyük cətinliklə də olsa həyətə düşə bildi . Eyvanından yerə dogru uzanan ipə baxaraq " Bu ip burda dursun . Qayıdanda da bununla qalxaram otagıma . Onsuz da  bir-iki saata qayıdacagam ."
Üst başını qaydaya saldıqdan sonra qaraja yaxınlaşmaq istədi . Anidən icindəki İlkin onu danlamaga başladı .
"Axmaq , guya gizlincə aradan cıxmaq istiyirsən də .Porşeni işə salar-salmaz villanın bütün işıqları yandırılacaq . Sənin işin də beləcə "yatacaq". Ən yaxşısı  gözətcinin gözünə görünmədən yola cıx və taksiylə get ."
***
Taksi "Danger" klubun önündə dayandıqda İlkin borcunu ödəyib maşından düşdü .
" Məryəm xanım əylənməyi bacarır amma mən yox ?" düşünərək şəhərin mərkəzində yerləşən bu kluba yaxınlaşdı , "face control" adlanan mənasız bir yoxlanışdan kecib icəri daxil oldu .
Gurultulu musiqi sədaları altında dəli kimi rəqs edənlərin yanından ötərək barmenin yanında oturmuş Turala yaxınlaşdı . Turalın yanında İlkinin qanının qaralmasına səbəb olan başqa biri də vardı . Bəli bu , yenə Sara idi ... Sara qara rəngə boyadıgı saclarını arxasında toplamış , ilk görüşlərindəkindən fərqli olaraq bu gün daha qapalı geyinmişdi . Cins şalvar və sarı kofta... Yeganə diqqət cəkən şey qızın dodaqlarındakı qırmızı boya idi .
İlkinin yaxınlaşdıgını görən qız həyəcanla Turalın qoluna toxundu .
- Oyyy , İlkin gəlir .
- Hanı ...Aaa inana bilmirəm .  Deməli , gəldin hə ? Maman necə icazə verdi bəs ? Hehehe
İlkin eynəyini cıxarıb :
- Salam . Görürəm yenə əylənirsən ?
-Həyatın mənası budur da . Danış görək dərdin nədir ?(barmenə baxdı ) Rufik ,  ordan bratıma pivə təşkil elə .Ən yaxşısından...
İlkin etiraz etdi .
- Yox , istəmirəm Tural .İcmədiyimi bilirsən .
- Ala , bir yerdən başlamalısan da .
Bayaqdan susaraq oglanları dinləyən Sara :
- Eeee , Tural , istəmir də . Məcbur eləmə .
Tural şübhəylə qızı süzdü .
- Sən də axır vaxtlar bir qəribə olmusane . İşimizə qarışma .
İlkin barmendən :
- Cola verirsiz burda ?- soruşanda Tural hiyləgərcəsinə gülümsədi .
***
- Eyy , Sara , gəl oynuyaq da . Nə oturmusan orda ?
Bunu sərxoş bir oglan Saranın qolundan tutaraq demişdi . İlkinlə Turalın arasında oturmuş qız  qolunu qurtarıb oglanı itələdi .
- Əl cək . Bu gün kefim yoxdur .
Qızın davranışları Turalı əsəbləşdirmişdi .
- Bura bax . Səni adam elədim ki , indi mənim dostlarımı itələyəsən ?
Sara tərs-tərs oglanı süzdü :
- Məni adam elədiyin halım budur ? Güldürmə məni .
Bu dəfə Tural qızın qolundan yapışdı .
- Nədir xoşuna gəlmir ?
Oglanın  kobudlugundan narahat olan İlkin ayaga qalxdı .
- Bəsdir, Tural . Burax qızı .
-Sən qarışma . Mən bu çuşkanı adam eləmişəm .İndi üzümə ag olur .
İlkinin onu müdafiə etməsindən cəsarətlənən Sara :
- Ən azından çuşka olanda aglım başında ,əxlaqlı biri idim .-dedi .
- Hahaha əxlaqlıma baxın .
Sara ani hərəkətlə oglandan qurtulub  klubdan cıxdı , İlkin isə Turala əsəbi baxış atdıqdan sonra  qızın arxasınca tələsdi .

Dinq-DonqDonde viven las historias. Descúbrelo ahora