İlkin FizKim korpusuna girəndə Məryəm artıq gözdən itmişdi.
-Hara yoxa çıxdı bu qız? Eybi yox dərsdə verərəm "nauşnik "ini .
***
Məryəm təngnəfəs halda fiziologiya mühazirə zalına daxil olub dərsə həmişə hamıdan tez gələn Lalənin yanında əyləşdi .
-Nə olub , Məryəm, qaça-qaça gəlmisən?
-Hə.
-Dərsin başdamagına var hələ.Niyə tələsirdin ki?
-Avtobus " probka"ya düşmüşdü.Sonra da...
Gülərək :
-Düşüb arxadan itəliyərdin də . Sonra nə?
Məryəm İlkinin də artıq zalda olduğunu görüb:
-Hecnə.-dedi.
Oglan Məryəmə tərəf addımladı .
"Hiih bura gəlir...Yerişə bax,yerişə...Necə dəblə geyinib...ah"
İlkin əsəbi baxışlarla əlindəki əşyanın partanın üzərinə qoydu .
-Sənindir. Yerə düşmüşdü.
Məryəm əvvəl qulaqcıqlara sonra da çantasına baxdı.
-Həqqiyee.Mənimdi...( qulaqcıgı götürdü ) çox sagol- deyərək gülümsədi.
Oglanın mimikalarında isə hec bir dəyişiklik baş vermədi . Soyuq ifadəylə qıza baxmaqda idi .
-Hə, bir də gələn dəfə çagıranda adama cavab ver.
"Özünü itirmə ,Məryəm" dedi öz-özünə .
-Adım Məryəmdir .Gələn dəfə adımla çagırsan cavab verərəm .
Oglan halını pozmadan:
-İnanmıram ki, gələn dəfə səni çagırım.- deyib arxa sırada əyləşdi .
Bundan sonra Məryəm yenə öz-özüylə danışma mərhələsinə keçid etdi .
"Allahım bu nə cür insandır ?...Məni pərt eləməsə , olmaz da.Əsəbimdən partdıyıram .Yaxşı ki, bu vəziyyəti hec kim görmədi.( Laləyə baxdı) yox , Lalə də fikir verməyib. "
***Histologiya dərsi olsa da müəllimə beş dəqiqə idi ki , sinifdə deyildi .
Müəllimənin yoxluğunu fürsət bilən Şəmsəddin :
-hehehe Tofiq , o nə status idi , yazmışdın feysə?
-Hansı?
-Aşk beni naaptı, sonra da nə bilim, süründüm , agacların yarpaqlar töküldü filan varıydıye ...
-Hə hə.Gül kimi statusdu da . Nəyə gülürsən ki?
-Gülməlidi gülürəm.Hehehe. ( üzünü İlkinə çevirdi ) Sənin feysin var?
Turalın dünənki məntiqə sıgmayan partisi haqqında düşünən İlkin fikirli idi .Son zamanlarda dostunun dəyişdiyini dərk edən bu oglanı Şəmsəddinin sualı bir müddət narahatlıqdan qopardı .
-Hə? ...Mənim? Var.
-Profilinin adı nədir ?
-Öz adım . İlkin Saferov .
Məryəmin gözləri qızlarda olsa da, qulaqları oglanların söhbətində idi.
"Deməli, İlkin Saferov .Maraqlıdı... Profilinə baxsam nə biləcəkki ? Bircə dəfə...Baxacam mütləq"
YOU ARE READING
Dinq-Donq
Teen FictionDing-Dong dedikdə kilsə zənginin yaratdığı səs nəzərdə tutulur . O kilsə zəngi ki , kənardan baxdıgımızda bu səssiz " məxluqun" ömürlük sükuta qərq olduğunu zənn edirik . O kilsə zəngi ki , onu tərpətməyə bir insan övladının gücünün yetməyəcəyini...