Universitetin dəmir qapılarının yaxınlıgındakı agacların arasında dayanmışdılar .
"Bura bizim qızlarla həmişə gəldiyimiz gizli yerimizdir ...İlkinlə burda nə işimiz var?...həm bu soyuqda bufetdə də otura bilərdik...Mənimlə nə haqda danışmaq istiyir axı ?"
İlkin çiynindən asdıgı gitarasını daşın üstünə qoymaq istəsə də yagışın daşı islatdıgını görüb fikrindən daşındı . Çantasından 2 dəftər çıxardıb daşın üstünə qoydu , birinin üstündə əyləşib qarşısında dayanmış Məryəmə baxdı .
-Niyə oturmursan?
Məryəm özünü bir oglanla bu agacların arasında olmaqdan cox narahat hiss edirdi .Hələ kimsə onları görsəydi nə fikirləşərdi ?
Hec nə demədən İlkinin yanında oturdu .Cəsarətlənib:
-Nə deyəcəkdin ?- soruşdu.
-Hardan başlıyım bilmirəm .Bunu birbaşa da deyə bilərəm amma istiyirəm ki, daha əvvəldən danışım .Yəqin ki,sonda nə demək istədiyimi anlayacaqsan ?
"Booooy...Allahım, bu nə danışır?...başa düşmürəm..."
Qız içində baş qaldıran həyəcanı gizlətmək üçün özünü toplayıb -Danış, qulaq asıram.- deyə bildi.
***
-Sənə biri haqqında danışmaq istəyirəm .Adı Nərgiz idi .Fikirləşirsən ki, Nərgiz kimdir və onun bizim söhbətimizə nə dəxli var .
Məryəm İlkinin gözlərindəki ciddiyyəti gördü .Bu söhbət oglanın əvvəlki zarafatlarına bənzəmirdi.
İlkin davam etdi:
-Nərgiz...birinci sinifdən mənim parta yoldaşım olub .Arıq, zəif qızıydı .Həyatımda olan ən dəyərli insanlardan biri oldugunu anladım sonralar .
Qısqandıgını gizləyərək :
-Onu sevirdin ? -soruşdu .
İlkin gülümsədi:
-Sənin təsəvvür edə bilməyəcəyin qədər .Amma bu ayrı sevgiydi .Sevgili deyildik, dost da deyildik .Qardaş bacı kimi də olmamışıq .
"Niyə məni qarşısına alıb hansısa qızdan danışır ?Bəlkə məni incitmək istəyir ?"
-Amma o vaxtlar ona olan hisslərimin sənin düşündüyün kimi bir sevgi oldugunu sanırdım . Hisslərimi etiraf etmək istəyirdim amma...bu mümkün olmadı...
-Noldu ki?
-Qızın saglamlıgında problem varıydı .Əvvəl elə bilirdik bu adi qanazlıgıdı .Amma leykoz imiş .
-Hih...
-Bizim bəzi həkimləri bilirsən də .Qıza səhv diaqnoz qoyublar .Əsl xəstəliyinin leykoz oldugunu öyrənəndə....yadımda deyil mart aylarıydı deyəsən.
-Yazıq qız..necə oldu bəs sonra ?
-Məktəbdən çıxarılıb müalicəyçün xəstəxanaya yatırıldı .Hazırlıqları yarımçıq qaldı , arzuları da...Bütün məktəb onun müalicəsi üçün çalışdı...amma xilas edə bilmədik Nərgizi .
Məryəm gözlərinin yaşardıgını hiss etdi, hisslərini cilovlayıb:
-Allah rəhmət eləsin -dedi.
-Mən sənə onunla baglı olan bir hadisəni danışmaq istəyirəm .Hərdən xəstəxanaya yanına gedirdim .Əslində cox istərdim ki,hər gün yanında olum .Amma elə şeylər var ki...məsələn hər şeydən əvvəl insan özünü düşünür...öz həyatını...o xəstəxana çarpayısında uzananda mən hazırlıqlarda kimya, biologiya öyrənirdim...Bir dəfə yanındaydım. Mənə dedi ki, bir mahnı eşidib çox xoşuna gəlib . Passengerin "Let her go " mahnısını . Nərgiz mahnını gitarada çalmagı öyrənməyimi xahiş elədi .Söz verdim ki, öyrənib çalacam onuncün .O da dedi ki, "o mahnını sevdiyin qız üçün çalarsan".
Bir müddət susaraq dizlərinin üzərindəki gitaraya baxdı.
-Özümə söz verdim ki, bu musiqini onun özünə çalacam...Son zəng günü Nərgiz gələ bilmədi . Söz vermişdi bizə , necə olur olsun gəlmək istəyirdi .Tədbirdən sonra uşaqlarla xəstəxanaya getdik .Gitaranı da aparmışdım, dediyi mahnını onuncün çalacaqdım ... Həmin gün orda rastlaşdıgım mənzərəni hec vaxt unutmayacagam , Məryəm .Palatanın nömrəsi belə yadımdadır ...4 nömrəli palata...Bizə içəri kecməyə icazə vermədilər...Amma otaqdan gələn səslərdən hər şeyi anlamışdıq .Ümid edirəm hec vaxt sevdiyin birini itirməzsən .Bunun nə demək oldugunu mən çox yaxşı bilirəm .
Məryəm susaraq ,oglanın gözlərinə baxırdı .Nəsə deməyə də ehtiyac yoxdu .İlkin hec vaxt hec kimlə olmadıgı qədər səmimi idi onunla .
-Məryəm, indi başa düşürəm o musiqini niyə Nərgizə çalmaq qismət olmadı.
-Niyə?
-Çünki, sən varsan.Səninçün çalmalıyam .Yuxuda da məndən həmin mahnını çalmagımı istəmişdin .
Məryəm qulaqlarına inana bilmirdi .İlkin bu sözləri həqiqətənmi demişdi?
-İstəsən çala bilərəm .İstəyirsən?
-İ..i...st..hə ...çal...
Oglan gülümsəyərək gitarasını qabından cıxaranda Məryəm bir şeyin fərqinə vardı .O bir necə saniyə öncə mahnının çalınmasına razılaşmaqla özünün belə xəbəri olmadan İlkinin sevgisinə qarşılıq vermişdi...
YOU ARE READING
Dinq-Donq
Teen FictionDing-Dong dedikdə kilsə zənginin yaratdığı səs nəzərdə tutulur . O kilsə zəngi ki , kənardan baxdıgımızda bu səssiz " məxluqun" ömürlük sükuta qərq olduğunu zənn edirik . O kilsə zəngi ki , onu tərpətməyə bir insan övladının gücünün yetməyəcəyini...