7. Səninki partidə (1)

209 31 4
                                    

Anatomiya dərsi bitdikdən   sonra İlkin həyətə düşdü .Üzünə  baxan olsa  kefinin olmadıgını dərhal anlayardı .
"Off. Niyə qrupumu dəyişdirməyə razı oldum axı? Hamısı atamın işləridir .Guya mənə cəza verirdi də."
Bu gün hava isti olduğundan əli  ilə alnını tutub narazı ifadəylə  ətrafına  boylandı .
Bəhruzla Firuzu  görüb onlara yaxınlaşdı . Firuz   kecmiş qrup yoldaşını  görən kimi:
-Oouu, kimləri görürəm.(İlkinlə görüşdü) nə var nə yox , doxdur ?
-Belə də . Görək necə olur?
Göz qırparaq -Öyrəşərsən eybi yox. Eşitdim özünü tutmusan. Porşe zad nə işdir ? - soruşdu .
Güldü .
-Bəhruz çatdırıb hə?
Bəhruz Firuza baxaraq :
-Atası ad gününə hədiyyə edib . Deyirəm , camaatda necə  atalar var .he-he-he
İlkin  daha da məğrur dayanaraq  :
- Hə , bəs nə bilmişdiniz ? - dedi .
Bir müddət söhbət etdikdən sonra İlkin:
-Yaxşı uşaqlar, gedim. Dərsə  gecikirəm.
*** "Latın" korpusunun  qabagına çatanda telefonuna zəng gəldi. Zəng   edən İlkinin uşaqlıq dostu  Turaldı . Ailələri  illər əvvəl qonşu olmuş , tanışlıqları da oradan başlamışdı .Amma daha sonra  İlkinin atası indi yaşadıqları villanı aldı və köçməli oldular. Buna baxmayaraq gənc oğlanlar münasibətlərini kəsməmiş , dostluqlarını davam etdirmişdilər . İlkindən iki yaş böyük olan Tural BDUnun son kurs tələbəsi idi .
-Alo,Tural, nə əcəb yadına düşdüm .
-Hahaha əsas sən itirib axtarmırsan. Necəsən tibb həkimi ?
Uğunub getdi .
- Başqa cür həkim də olur ?
- Olanda olur . Brat , indi  haradasan ?
-Dərsə girəcəm birazdan. Niyə soruşursan ?
-Əşşi girmə dərsə zada.Gəl bu gün görüşək. Parti var ,Parti.  Qızlar da olacaq.
Sifətini turşutdu .
-Yoxe , Tural ,  mən gəlməsəm olmaz ? Elə  yerlərdə ürəyim sıxılır.Həm dərsim də var.
-Ala, böyü də biraz. Mamauşagı oldun getdine ,özüm ölüm.
İlkin kiminsə ona " mamauşagı " deməsinə nifrət etdiyindən bu dəfə də səbri daşdı .
-Mamauşagı zad deyiləm.Yaxşı gəlirəm. Harda olacaq parti?
-Bizim evdə .Mamayla papa İstanbuldadı .
***İlkin geriyə-  Anat.korpusuna   qayıtmağa  başladı. Sevimli Porşesini   həmin tərəfdə olan girişin önündə   saxlamışdı.
Bu vaxt Məryəmgil onun əksinə olaraq  Latın korpusuna  getməkdə idilər . Qarşılarından gələn  oğlanı tanıyan Sevil :
-Məryəm, səninki gəlir.-deyib gözləri ilə qabaqdakı oglanı göstərdi.
-Hanı..hanı...həəə...(yerişini düzəltdi) bizə tərəf gəlir deyəsən.
Çiçək :
-haha  yenə səhv anlamış olmayasan ?
Amma bu dəfə Məryəm yanılmamışdı . İlkin  həqiqətən qızlara yaxınlaşdı . Günaya baxaraq :
- İşim çıxdı , mühazirəyə girə bilməyəcəyəm .
-Aha, qayıb yazacam amma.
-Canın sag olsun. Yaz .
Günayla  sagollaşıb yoluna davam edən oglanın arxasında baxan Məryəm başını təəssüflə   saga-sola çevirdi .
-Biz adam deyilik? Bizimlə  niyə sagollaşmadı ki?
Çiçək  güldü:
-Qısqandınmı?
-Nə əlaqəsi var ki?...qısqanıb eləmirəm.
Günay önünə baxaraq ciddi görünməyə çalışdı :
-Porşesi zad var. Pullu yerdən yapışmısan ,Məryəm.
Qızlar gülməyə başlayanda  Məryəm  nə qədər cəhd etsə də ,  özünü saxlaya bilmədi və qızlara qoşuldu .
*** Saat   12-də qara rəngli Porşe  Turalgilin villasının darvazasına  yaxınlaşdığı zaman   mühafizəçi sürücünün İlkin olduğunu görüb  dərhal qapını  açdı. Oglan maşını içəri sürüb evin önündə  saxladı və musiqi səslərini dinləməyə başladı . Villadan gələn bu səsləri   hətta maşından belə eşitmək olurdu.
Bu vaxt Tural əlində içki şüşəsi  ikinci mərtəbənin  eyvanında  göründü. Yanında sinə dekolteli  qısa don geyinmiş  sarışın bir qız da vardı. Qız aşagıda maşından düşən oglana baxaraq :
-Oyy , nə yaraşıqlı oglandır . - dedi .
-Xoşun gəlir ?
Qız barmaqlarını saçları arasına salıb özünü səliqəyə saldı .
-Superdiye. Necə görünürəm ?
Tural qızın belini qucaqlayıb:
-  Həmişəki kimi əlasan . Bax gör  neynirsən (güldü )...Amma əvvəlcədən bildirim  , çox çətin oglandır .-dedi.

Dinq-DonqWhere stories live. Discover now