43. Dinq-Donq xəbərdarlıq edir...

157 33 6
                                    

Dizlərinin üzərindəki biokimya kitabını kənara qoydu . İlkin bu günkü hadisədən sonra bu formullardan ,reaksiyalardan nə anlayacaqdı ki ?Hey  Məryəmlə etdiyi söhbəti xatırlayır , xatırladıqca  da özünü cıxılmaz bir tunelə düşmüş biri kimi hiss edirdi .
Carpayısına uzanıb gözünü önünə zillədikdə  divara söykədiyi gitarasıyla qarşılaşdı . Dərhal digər tərəfə cevrildi ki , Məryəmi xatırladan bu əşyanı görməsin .
***
- Məryəm , xəstələnmisən ?
- Hıı ? Yox...yatmasısan sən ?
- Necə yatım ? Bir saatdır yorganın altında burnunu cəkə-cəkə durmusan .
- Hə , qripəm , Mustafa .
" Yenə yalan danışdım ." düşünərək cümləsinə düzəliş etdi .
- Daha dogrusu qrip deyiləm . Narahatam sadəcə .
Oglan qaranlıqda bacısına tərəf cevrildi .
- Niyə narahatsan ?
- Çünki... Gecən xeyrə qalsın , Mustafa .
***
" Ey , bu nə binadır belə ? Tarixi qədimdir , deyəsən. Daşları nəmişlikdən qaralıb , ətrafında isə bir dənə də tikili yoxdur . "
Məryəm tikilinin nəhəng qapılarının öz-özünə açıldığını görəndə həyəcanlandı . Yavaş addımlarla icəri daxil olar-olmaz buranın kilsə olduğunu anladı . Önündə mehraba dogru irəliləyən bir cıgır , cıgırın ətrafında isə boş  skameykalar vardı . Ən dibdəki skameykaların söykəndiyi  soyuq divarların yuxarısını böyük pəncərələr tamamlamaqda idi . Pəncərədən qaranlıq kilsəyə günəş şüaları düşüb Məryəmin irəlilədiyi cıgırı işıqlandırırdı .
Heyrətlə mehraba yaxınlaşanda onu burada bir nəfərin gözlədiyini gördü . İlkin gülümsəyərək qızın addımlamasını  seyr edirdi .
Məryəm oglanın əynindəki geyimi görən kimi öz üzərinə nəzər saldı . Şoka düşmüş halda İlkinə yaxınlaşıb gözlərinə baxdı .
Oglan :
- Çox gözəl görünürsən ?
- İlkin , xəbərin var ki , mən nə geyinmişəm ? Ag xalat...
- Hə , nə olsun ki , bu ənənədir .
- Başın xarab olub ? Hec olmasa öz geyindiklərinə bax . Mavi cərrah paltarı... Səncə belə evlənirlər ?
İlkin gülərək qızın saclarına toxundu .
- Əzizim , sən narahat olma .Hər şey öz qaydasındadır .
- Deyil... Həm biz müsəlmanıq ,kilsədə niyə evlənirik .
Oglan cavab vermək istəyəndə qarşıdan addım səslərini eşidib :
-Aha ,artıq başlayırıq .- deyərək əlində tutdugu həkim maskasını qızın qulaqlarına kecirib ,agzını qapadı .
- Bu nədir  , İlkin ?
- Bu da adətdir .Evləndikdən sonra bu maskanı cıxarıb səni öpəcəyəm.
- Nə ? İlkin yaxşısan ?
- Artıq gəlir . Gülün hanı ? Gül hardadı , Məryəm ?
Qız boş əllərini nəzərdən kecirib narahat oldu .
- Gül yoxdur . Gülsüz evlənə bilmərik ?
- Əlbəttə ,yox .
Bu an kilsənin üstündən eşidilən səs Məryəmin İlkinə sıgınmasına səbəb oldu .
>-----DİNQ-DONQ-----<
- Bu nə idi ?
Məryəmi qucaqlayan İlkin suala cavab verməyib  "Gülü tap , Məryəm. " dedikdən sonra susdu .
***
Yuxunun təsirindən cıxa bilməyən Məryəm yatagından qalxan kimi  stulun üzərinə qoydugu cantasını götürdü . İlkinin dünən ona verdiyi gülü cantada gizlətmişdi Məryəm .
Kədərlə solmaqda olan çiçəklərə baxdı . Bu güllər ona ayrılıq gətirmişdi .
- Gülümüzü tapdım , İlkin . Artıq evlənə bilərikmi ?-pıçıldadı öz-özünə...

Dinq-DonqDove le storie prendono vita. Scoprilo ora