Samiyə İlkini görəndə agzından qacırdıgı sözlərə görə peşman oldu , Məryəmə təəssüflə baxaraq onlardan uzaqlaşdı .
Məryəm udqunub gözlərini yerə dikdikdə İlkin qaşları çatılmış halda ona dogru addımladı .
-Mənə yenə yalan demisən . Bu yalanların hec bitməyəcək , Məryəm ?
Qız oglana baxmaga cəkinərək dodaqaltı :
- Bagışla .- mızıldandı .
- Başqa nə gizləyirsən məndən ? Sənin özünün necə ...sevgilin varmı ?
Son sualla sarsılan qız İlkinə baxmaga məcbur oldu .
- Niyə belə deyirsən ,İlkin ? O yalanların hamısını sənə görə danışmışam . Amma məni səhv tanımagını istəmirəm .Yalancı deyiləm mən.
Hələ də normal səs tonuyla danışmaga davam edən İlkin :
- Mənə görə ... Səbəbi nə olursa olsun...
Məryəm onun sözünü kəsdi :
- Samiyənin sevgilisinin olub olmamasının sənin ücün nə önəmi var axı ? Artıq onunla maraqlanmırsan .
Başını yelləyərək gülümsədi .
- Niyə başa düşmürsən ? Mən sənin mənə yalan danışmagına əsəbləşirəm .
Həyətdə gəzən tələbələrin sayı getdikcə azalmaqdaydı , az sonra ücüncü dərsin zəngi vurulacaqdı .
İlkin bir necə saniyə qarşısında günahkar uşaqlar kimi dayanmış qıza , daha sonra əlindəki gül buketinə baxdı . Bir necə gün əvvəl etdiyi hərəkəti təkrarlayaraq Məryəmin əlindən yapışdı .
- İlkin , neynirsən yenə ?
Buketi qızın ovcuna yerləşdirib bərk-bərk tutması ücün barmaqlarını sıxıb geri cəkildi .
- Ugurlar , Məryəm .
- İlkin...
Cevrilib cıxışa dogru getdiyi zaman arxasından səslənən qızın səsini eşitməmək ücün addımlarını daha da sürətləndirdi .
- İlkin ...getmə... Hər şeyi deyəcəkdim sənə...fürsət tapa bilmirdim... İlkin.
Soyuq , küləkli bir hava ... Gənc bir oglanın arxasından kədərlə boylanan qız...əlinə sıxışdırılmış buket ...küləyin istiqaməti boyunca hərəkət edən sacları... Bu gün haqqında Məryəmin xatirəsində yalnız bunlar qalacaqdı...
YOU ARE READING
Dinq-Donq
Teen FictionDing-Dong dedikdə kilsə zənginin yaratdığı səs nəzərdə tutulur . O kilsə zəngi ki , kənardan baxdıgımızda bu səssiz " məxluqun" ömürlük sükuta qərq olduğunu zənn edirik . O kilsə zəngi ki , onu tərpətməyə bir insan övladının gücünün yetməyəcəyini...