23. Üç şərt + Bir şərt

156 33 7
                                    

İlkin ayaga qalxıb yan stula qoydugu çantasını götürdü.
-Həyətə düşürəm .Ürəyim sıxıldı burda .
"Dayaaaaan..." fikirləşsə  də "Düş" deyə bildi Məryəm.
İlkin:
-Axşam yazarsan.
-Nə yazım?
-Gitara calmaq istəmirdin ?Harda öyrədəcəm ?Onu danışarıq .
"Aaa dogurdaneee...hec fikirləşməmişdim"
-İndi danışsaq olmaz ?
-Axşam dedimsə ,deməli axşam.
"Əmr verir mənə .Görərsən sən ,İlkin .Hələ gözlə ."
Oglan üzünü çevirib bufetin çıxışına yaxınlaşan  an  içəri daxil olan Sevillə  qarşılaşdı . Salamlaşıb ayaq üstü söhbət etdikləri müddətdə Məryəm gizlənmək üçün yer axtarırdı.
"Ayyyy....Sevil məni görsə nə fikirləşər? İlkinlə bufet künclərində  görüşürəm düşünəcək .Gedib qızlara desə...küsəcəklər ki, niyə bizə xəbər eləmirsən filan...Bu gün deyəcəkdim qızlara planımı . Sevil  görsə, deməyimin bir mənası qalmayacaq .Fikirləşəcəklər ki,Sevil məni   gördüyünə görə   məcbur qalıb  deyirəm...Bir şey düşün, Məryəm."
İlkin çıxıb getdikdən sonra Sevil  boş yer tapmaq ümidilə  bufetə nəzər saldı .O arada Məryəm yavaşca stuldan durub  asta addımlarla Sevilin  arxasına keçdi və sürətlə  bufetdən cıxdı .Pilləkənlə düşərkən dərindən nəfəs almagı da unutmadı .
İlkin birinci mərtəbədə Anatomiya kafedrasının  qapısının yanındakı  güzgünün qarşısında dayanaraq saçına əl gəzdirir və həmişəki kimi astadan mahnı oxuyurdu .
Oglan pillələri üç-üç düşən  Məryəmə nəzər saldı  və yenidən güzgüyə baxaraq :
-Noldu ?Mənsizliyə cox dayana bilmədin, deyəsən ?- soruşdu .
Qız bu vəziyətə aydınlıq gətirmək istədi:
-Təbii ki,yox .Sevil  gəldi deyə çıxdım bufetdən .
 Gözlərini  güzgüdən çəkdi:
-Sevilin söhbətə nə dəxli var?
-İstəmədim məni görsün.
Oglan Məryəmin bufetdən çıxma səbəbini anlamışdı amma bunu qızın özündən eşitmək istəyirdi .Ona görə də:
-Görsə nə olacaqdı ki?
-Səhv başa düşəcəkdi.
Oglan gülümsəyərək:
-Bəlkə düz başa düşəcəkdi?-dedi.
Qız qızardı və aglına gələn ilk cümləni dedi:
-Niyə hamıyla normal davranırsan amma mənimlə yox?
İlkin onun bu sualı nə mənada soruşdugunu düşünərək bir müddət susdu və:
-Hansı kinodan eşitmisən bu sualı?-soruşub gülməyə başladı .
-Ciddi ol ,bir az.
Məryəm özündə olan irəliləyişə təəccübləndi."...Hə Məryəm,söz altında qalmaq yoxdur daha..."
Oglan  ona tərs-tərs baxdı, hec nə demədən çıxışa tərəf addımladı . Məryəmi bir sual hələ də narahat etdiyinə görə oglanın arxasınca tələsdi .İlkin maşınını saxladıgı yerə tərəf addımlayanda Məryəm ona çata bildi .
-İlkin ,sənin şərtin nədir  ?De də.
-Dedim ki, vaxtı gələndə biləcəksən.
-Vaxtı nə vaxt gələcək?
-Vaxtında .
-Bax deyirəm ,anormal şərtləri qəbul eləmirəm.
İlkin dayanıb yanındakı qıza baxdı:
-Məsələn, anormal şərt nəyə deyirsən?
Məryəm nə deməli oldugunu  götür-qoy etməyə başladı cünki bu oglan onun hər sözünü özünə qarşı çevirə bilirdi.
-Eee, nəysə.
-Hm...Olar bir şey soruşum?
Məryəmin aglına min cür sual gəldi. Öz-özünə "Allah bilir, nə soruşacaq" fikirləşdi.
-Ssoruş...
-Bufetdə olan söhbətimizi kiməsə deyəcəksən?
Məryəmin gözünün qabagına Çiçəklə  Günayın  siması  gəldi. "Deyəcəm, əlbəttə ki...Həm də elə deyəcəmki " düşündü.
İlkin  Məryəmin gözlərindən bu düşüncələri oxudu və onun agzını acmasına imkan vermədən:
-Desən çox pis olacaq. - bildirdi .
Təəccübləndi .
-Nə demək istiyirsən ?Desəm nolacaq ?
-Hamıya deyəcəm ki , telefonunda şəklimi görmüşəm.Bildin də, profil şəklimi hahaha.
-Hııııııı?
"Nə? Nə vaxt?...bilirdim, şübhələnmişdim .O gün şəklimizi çəkəndə görüb.Offfffff..Nə vaxt bitəcək bu rəzilliklər...ıhıhı"
Özünü itirmiş qızı daha da qıcıqlandırmaq istəyən İlkin :
-Mən gedirəm maşına .İstiyirsən gəl ,tur ataq şəhərdə .-deyərək  göz qırpdı .
"Yenə ələ salır məni...Allah bəlanı verməsin."
- Təbii ki , səninlə gəlmirəm .
Oglan gülərək:
- Görüşərik, qara qız.-dedi və eynəyini taxaraq Məryəmdən uzaqlaşdı.

Dinq-DonqDonde viven las historias. Descúbrelo ahora