[Saat 13:17]
-Aydın , gəl də .
- Gəldim .
Tualetdən cıxdı , asılqandakı kurtkasını , papagını götürüb dəhlizdə onu gözləyən İlkinə yaxınlaşdı .
Qapını bagladıqdan sonra liftə dogru addımlamaga başladılar . Məryəmlə Lalə də liftin gəlməsini gözləməkdə idilər.
Qızların yanına gəlib catanda Aydın papagını başına kecirməklə İlkini güldürdü .
- Ala , icəridə şaxta yoxdu .Papagı bayırda geyinərsən .
Bu vaxt Laləylə danışan Məryəmin səsi gəldi .
-"Ala" nədiyee ? Danışıgını da bilmir .
İlkin :
- Məryəm , mənə söz atmasan dayana bilmirsən , bilirəm . Ancaq yenə də səbrli ol .
Məryəm cavab vermədi .
Liftin qapıları acılar-acılmaz Məryəmlə İlkin sanki yarışırlarmış kimi özlərini icəri salmaga calışdılar . Eyni anda liftə girdikdə yoldaşları da onların arxasınca daxil oldu və lift birinci mərtəbəyə enməyə başladı .
Məryəm :
- Görmürsən , lift nə boydadı ? Mənə yapışmaga məcbursan ?
İlkin ona baxmadan kənara cəkilməyə calışanda qız nəyinsə onu İlkinə dogru dartdıgını hiss etdi .Təbii ki, bu sevginin gücü filan deyildi . Sadəcə kurtkalarının zəncirləri dolaşmışdı .
İlkinin yaranmış vəziyyətdən narahat olmadıgını , bu haldan razı şəkildə gülümsədiyini görən Məryəm yoldaşlarına baxdı .
- Kömək elə ,Aydın . Lalə ,tam görəmmirəm . Niyə bitişmişik biz ?
Qız kurtkalara nəzər salıb :
-"Sep"lər dolaşıb .Gözlə bir dəqiqə .
İlkin danışmaga qərar verdi :
- Lalə , sənin gücün bizi ayırmaga yetməz .
Məryəm isə saxta təbəssümlə :
- Cox gülməlidir .- deyib gözlərini qacırdı .
***
Turistlər xizək sürməyə getmək qərarına gəlmiş olsalar da son anda fikirlərini dəyişib əvvəlcə qarınlarını doyurmagın daha yaxşı olacagını düşünmüşdülər . Masalarını birləşdirib birlikdə nahar edirdilər . Hər kəsin başı boşqabındakı yeməyə qarışdıgı bir ərəfədə Günay :
-Çiçək , Məryəmgil hardadı ? -soruşdu .
-Bilmirəm .Sən ona bufetdə oldugumuzu yazdın ? Birdən həyətə düşərlər .
-Hə indi yazdım .Cavab gəlmiyib .
[Bir neçə dəqiqə sonra]
Mustafa bacısının bir oglanla aralarına məsafə qoymadan qəribə yerişlə bufetə daxil oldugunu görəndə təəccübləndi .
Şəmsəddin "ayrılmaz" cütlükdən :
- Nə tez yaxınlaşdız ?- soruşub gülməyə başladı .
İlkin :
-Hə , mesajı oxuyan kimi gəldik .
Şəmsəddin :
-Ala , onu demirəme .Deyirəm bir-birinizlə nə tez...
Məryəm İlkinə acıqlanaraq Şəmsəddinin artıq-əskik danışmasına mane oldu .
- Off , İlkin soyun o kurtkanı . Bəlkə onda "sep"ləri ayıra bildik .
-Mən niyə soyunmalıyam ?Özün soyun.
Günay pıqqıldayıb agzındakı tikəni udmaga calışanda Lalə cəngəllə zəncirlər üzərində "əməliyyat aparırdı" .
Bir qədər sonra Çiçək :
- Bəlkə ikiniz də kurtkalarınızı cıxarasınız . Kurtkayla oturub yemək yemiyəcəksiniz hər halda .-təklif etdi .
"Siam əkizləri" bu fikrin aglabatan oldugunu düşünüb bir-birinə baxdılar .
ESTÁS LEYENDO
Dinq-Donq
Novela JuvenilDing-Dong dedikdə kilsə zənginin yaratdığı səs nəzərdə tutulur . O kilsə zəngi ki , kənardan baxdıgımızda bu səssiz " məxluqun" ömürlük sükuta qərq olduğunu zənn edirik . O kilsə zəngi ki , onu tərpətməyə bir insan övladının gücünün yetməyəcəyini...