Hava qaralmışdı .Məryəm əvvəllər eyvan olmuş balaca otaqda komputerin qarşısında oturmuşdu .Əlində Anatomiya kitabı vardı amma nə qədər çalışsa da oxuduqlarını anlaya bilmirdi .Bir gün əvvəl İlkinlə olan söhbətlərini xatırladıqca fikri dərsdən yayınırdı.
Günayla Çiçəyə bu haqda danışanda qızlar təəccüblənmiş , amma söhbəti zarafata çevirmişdilər.
Çiçək - bəlkə kobudluguna görə üzr istəyəcək- demişdi.
-Yoxe Çiçək , sual vermək istəyirdi.
Günay "benimle çıkarmısın ?" deyib gülmüşdü.
Həmin hadisədən sonra Məryəm bu mövzuda İlkinlə danışmamışdı .Oglanın da danışmaq fikrinin olmadıgını düşünən qız maraqdan başını itirəcəkdi.
Kitabı örtüb , telefonu götürdü ."Qızlarla danışım, biraz özümə gəlim " düşünərək whatsapa daxil oldu .
Kimin mesaj yazmış oldugunu görəndə gözləri bərəldi .
Məryəm İlkinin nömrəsini Günaydan alıb kontakta qeyd edəndə nəvaxtsa bu özündən razı oglanın ona mesaj yazacagını zənn etməzdi .Amma budur , İlkin təxminən 20 dəqiqə əvvəl Məryəmə "salam" yazmışdı.
"Onlayndı...Nə yazım, nə yazım..?...salama salam yazarlar da..."
***İlkin yatagında uzanıb noutbukda "Aclıq oyunları" filmini izləyirdi .Hər beş dəqiqədən bir Məryəmdən mesaj gəlib gəlmədiyini yoxlamaqcün telefona nəzər salırdı .
Və gələn bildirişin səsini eşidib gözlərini monitordan çəkdi ."Aha yazıb"
< Salam >
< Necəsən, Məryəm? >
***"Hiih...yazdı.Necəsən yazıb.Dost olmaq istiyir .Dəqiq ."
< Yaxşı))) sən? >
< Mən də pis deyiləm.Neynirsən indi? >
Qız gülümsəyərək < Anatomiya oxumaga çalışıram .Sən neynirsən? > yazdı.
İlkin birbaşa mövzuya kecmək istəyirdi amma nəzakət xətrinə qızın sualına cavab yazmaq məcburiyyətində idi . Ən azından bir müddətlik Məryəmlə mülayim davranmalı oldugunu anlayırdı .
15 dəqiqə idi ki , havadan sudan yazırdılar , yazdıqca da müzakirə aparmalı yeni bir mövzu ortaya çıxırdı .
Nəhayət , İlkin əsas məsələyə kecmək qərarına gəldi.
< Bir şey soruşsam, səhv başa düşməzsən? >
***"Ay amaaan...o gün bəhs etdiyi sualı verəcək yəqin...nə yazım ki, indi?"
Qız bunları düşünərək oglana < niyə səhv başa düşürəmki :) > yazdı.
< Samiyəni çoxdan tanıyırsan? >
Məryəm o qədər agılsız deyildi ki, hər şeyi anlamasın .Bütün bu xoş münasibətin səbəbi aydın olmuşdu .Samiyə...
"Bunu əvvəldən anlamalıydın, Məryəm .Nəyə ümid edirdin ki ?"dedi öz-özünə.
Bir neçə dəqiqə sonra anası otaga girib Məryəmin qızarmış gözlərini görəndə təəccübləndi.
-Nə olub sənə, Məryəm? Aglamısan?
Qız üzünü çevirib "yoxe, nə aglamaq ? Yuxum gəlir sadəcə ." cavab verdi .
***İlkinin Samiyə haqqında yazdıgı mesajdan sonra hələ də Məryəmdən cavab gəlməmişdi . Oglan isə özünü sındırıb nə isə yazmırdı .
"Anladı ona yazmagımın səbəbini .Acıq eliyir yəqin .O kömək eləməsə başqa yolla da yaxınlaşa bilərəm Samiyəyə "
Təxminən 5 dəqiqədən sonra İlkinin telefonuna Məryəmdən mesaj gəldi .
< Başa düşdüm nəyi nəzərdə tutursan .Sənə bu mövzuda kömək edəcəm .Amma şərtlərim var . >
YOU ARE READING
Dinq-Donq
Teen FictionDing-Dong dedikdə kilsə zənginin yaratdığı səs nəzərdə tutulur . O kilsə zəngi ki , kənardan baxdıgımızda bu səssiz " məxluqun" ömürlük sükuta qərq olduğunu zənn edirik . O kilsə zəngi ki , onu tərpətməyə bir insan övladının gücünün yetməyəcəyini...