41. Böyük gün (2) və ya maraqlı, balaca və sevimli...

138 35 2
                                    

- Məllimə , olar mən indi cıxım ?
- Niyə ki , bala . 10 dəqiqə də gözlə  .Zəng vurulacaq da .
İlkinin qanı qaraldı .
- Cox vacib işim var . İndi getməsəm gec olar .
Qadın dərindən nəfəs alıb :
- Yaxşı , çıx amma elə get ki , hec kim səni görməsin .- söylədi .
İlkin təşəkkür edib sinifi tərk edəndə Məryəm onun arxasından baxa-baxa qaldı .
" Hec nə vecinə deyil . Bir tək kədərlənən mənəm . O isə hansısa vacib işinin arxasınca gedir. Bəs o romantik sevgi etirafı ? Hamısı yalanmı idi ?"
***
İlkin əvvəlcə maşına minib tanıdıgı gül magazalarından birinə getmək istəyirdi amma universitetlə üzbəüz olan magazanı gördükdən sonra fikrindən daşındı .
İçəridə onu təxminən özüylə yaşıd olan bir qız qarşıladı .
- Buyurun .Necə kömək edə bilərəm ?
- Maraqlı   amma cox da böyük olmayan sevilmi bir gül buketi baglatdırmaq istəyirəm .
İlkinin buketi tərif etməsi qızı gülümsətdi .
- Əlbəttə . Hansı güllərdən olsun . Qızılgül ?
Tərəddüdlə :
- Qızılgül cox cagırışcıdır sanki . Diqqətcəkəndir həm də .
Qız gülümsəməyə davam edirdi .
- Anladım . Niyyətinizi bəlli etməyən bir buket istəyirsiniz .
İlkin təəccüblə gözlərini qıyaraq  qıza tərəf əyildi .
- Necə ?
Qız bu sualı cavablandırmadan :
- Qarışıq rəngli  güllərdən ibarət buket cox sevimli görünər məncə .- deyib haqqında danışdıgı gülləri göstərdi .
***
Günay xalatının üstündən geyindiyi kurtkaya bürünərək  özünü küləyə verən Məryəmə yaxınlaşdı .
- Ay Məryəm , mən dondum . Hec olmazsa bufetə gedib cay icək . Qızlar da ordadır .
Burnunu sallayıb :
- Sən get , Günay . Mən burada dayanmaq istəyirəm .- cavab verdi .
- İlkin məsələsini də lap böyütdün .Görmürsən özünü necə dartır ? Sənə layiq deyil o .
Az sonra ücüncü bir şəxs də onlara qoşuldu . Məryəm Samiyəni görəndə səmimi görünməyə calışaraq dodaqlarına xəfif bir təbəssüm qondurdu . Qızların başının söhbətə qarışdıgını və Məryəmin həyətdə tək qalmayacagını anlayan Günay :
- Məryəm  ,gəlmirsənsə özün bil . Mən cay icməyə gedirəm . 10 dəqiqəyə qayıdaram . -deyərək qızlardan uzaqlaşdı .
***
İlkin əlində tam da xəyal etdiyi qədər gözəl olan buketi tutaraq yolu kecib universitetin həyətinə daxil oldu .
Skameykanın yanından kecəndə Məryəmin bir qızla hovuzun yaxınlıgında söhbət etdiyini gördü . Həmin qızın Samiyə oldugunu anlayar-anlamaz addımlarını yavaşlatdı .
Samiyə qızla sagollaşıb  İlkinin yanından ötüb kecəndə oglanı  görmədən " Yaxşı ki , İlkinə sevgilimin oldugunu deməmisən . Yoxsa belə yaxın ola bilməzdiniz ." deyib Məryəmə göz qırpdı .
Məryəm özünü gülümsəməyə məcbur edərək Samiyəni yola salmaq istəyən zaman onun arxasındakı oglanın baxışlarıyla  qarşılaşdı . Xəyal qırıqlıgına ugramış birinin baxışları idi bu...

Dinq-DonqDonde viven las historias. Descúbrelo ahora