13. Tünd qəhvəyi və yaşıl (2)

161 33 3
                                    

Qadının geyimini görən qızlar  şok keçirdilər amma  bunu biruzə verməməyə çalışdılar .
Qadın:
-Siz mənim qrupumsuz?
Günay  yalnızca Çiçəyin  eşidə biləcəyi şəkildə:
-Qrupu deyiliksə burda nə işimiz var ki?...-dedi.
Müəllimə gözlərini qrupda gəzdirəndə İlkini  gördü .
-Səni tanıyıram , deyəsən.
İlkin başıyla təsdiqlədi .
-Kecən il də məlliməmiz olmusuz .Əvvəlki qrupumda .
-Yadıma düşdü.Aaa sən ingilis dilini tam bilirdin .Hə,hə...
İlkin gülümsəyərək başını aşagı yuxarı hərəkət etdirdi.
Məryəm oglana baxıb  dərindən ah çəkdi . " Necə qəşəng gülür. "  Daha sonra  gözlərini gizlincə saga-sola hərəkət etdirdi . Kimsə onun bu vəziyyətini hiss etdi mi deyə narahat olmuşdu ...Yox , hec kim Məryəmə baxmırdı . Bu halını hiss  etməmişdilər  .Mühazirədə olanda da belə düşünmüşdü amma onda  Lalə   hiss etmişdi .
Müəllimə stulda əyləşib  oglanla danışmaga davam etdi :
-Qrupunu niyə dəyişdin ki?
-Starstayla problemim olmuşdu .Ona görə .
Əslində İlkin yalan deyirdi .Axı necə deyə bilərdi həqiqəti ? " Anatomiyadan kəsrim olduguna görə  atam məni cəzalandırdı " deyə bilməzdi uşaqların yanında.
***Məryəm qardaşının yatıb-yatmadıgını yoxlamaq üçün yavaşca:
-Yatmısan?-soruşdu.
Oglandan səs çıxmadıgını anlayıb   yatdıgına əmin oldu .Telefonu götürüb həyəcanla  "Facebook"a  daxil oldu .
-Məryəəəm, telefonun işıgı gözlərimə  düşür  ,yata bilmirəm.
Qız diksindi , üzünü divara tərəf çevirdi amma qardaşı  susmaq bilmirdi .
-Niyə yatmırsan ?Neynirsən sən orda ?
-Eee, 5 dəqiqə imkan ver də .Çiçəkdən  bir şey soruşuram.
Çiçək söhbətinə inandınız ?Təbii ki , Çiçəklə yazışmırdı. Məryəmin  daha mühüm işləri vardı.
"Necə demişdi ?Hə, İlkin Saferov ...Görək tapa biləcəm ?...Ay daa nə qədər İlkin Saferov  varmış ? Hamısına  bir-bir baxım ki?..."
Amma  buna ehtiyac olmadı çünki qız  profil  şəklini görən kimi İlkini tanımışdı . Qucagında tünd qəhvəyi rəngli gitara olan ,  yaşıl otların üzərində oturub gülümsəyən oglanı tanımamaq mümkün deyildi.
Oglanın profilinə nəzər salanda buranın  xarici mahnı adları və klipləri ilə dolu oldugunu gördü .
"Ən yaxşısı şəkillərinə baxım...Aha...vayy...Big-Bendi bu . Londona gedib bu yay...Evləri nə qəşəng imiş .Superdi....Ən qəşəng bu şəkildi .Allahım gitara...Bu şəkli götürsəm nə biləcəklər ? Bilməzlər."
Oglanın profilə qoydugu şəkli  yaddaşda  saxladı və telefonu söndürdü.
"Bəlkə şəklinə bir də baxım" düşünərək  yenidən  telefona əl atanda qardaşının  "off, yenə ?" dediyini eşidib fikrindən əl çəkdi .
"Görəsən hansı mahnıları çala bilir?...Oxuya bilir?...Kaş ki,mənim də gitaram olardı." düşünməklə kifayətləndi .

Dinq-DonqWhere stories live. Discover now