50. Toyuqlu burger

136 34 5
                                    

[iki gün sonra]
Məryəm  dərsin 15ci dəqiqəsində Günayın jurnala- İlkinin adının qarşısına "q"( qayib) yazdıgını izləyib qaşlarını catdı .
- Günay , İlkindən hələ də xəbər yoxdur .
- Yoxduyee Məryəm , nə qədər zəng eləmişik . Cavab vermir .
- Hə , mən də mesaj yazmışdım . Səncə dərsə niyə gəlmir ?
Günay ciyinlərini cəkib hec bir fikrinin olmadıgını göstərdi .
***
- İlkin , başdan ayaga komediyasane  .hahaha
Gözlərini sarıqlı qolundan cəkib Elgünə baxdı .
- Nə var?
- İplə həyətə düşmək nədi ,ala .Ömründə ilk dəfə gizli  iş gördün onda da maşınının altında qaldın.
- Kəs , Elgün . Banu , telefonumu ver . Mesaj yazacam .
Xəstəxananın dəhlizində oglanın valideynləri ilə qəzanı törədən kişi arasında söhbət gedirdi .
Mehman :
- Əvvəl elə bildik ciddi yaralanıb . Cünki yerdə uzanıb hərəkət etmirdi . Amma sən demə sərxoş olduguna görə yıxıldıgı kimi də yatıb .
Samirə etiraz etdi .
- Dünən də dedim sizə .Mənim oglum icmir .
Rüstəm arvadıyla razılaşmadı .
- Samirə ,bəsdir .Həkim özü də dedi ki , ickili olub .
- Amma İlkin icmədiyini deyir.
- Mən analizlərin cavabına inanıram .Vəssalam . Onunla sonra söhbət eliyəcəm .Qoy xəstəxanadan cıxsın .
***
Tənəffüsdə Şəmsəddin özünü sinifə salıb həyəcanla :
- Uşaqlar , bilirsiniz nə olub ?
Nazim :
- Tviksin bir paketinə iki sag cubuq düşüb ?
Hər kəs Nazimin cavabına güləndə Şəmsəddin ciddiyətini pozmadan:
-Əşşi yoxe , İlkini maşın vurub .- dedi .
Məryəm təlaşdan  sag əlindəki cubuqlu şirəni sıxdıgından ag xalatının yaxalıgı  sarı ləkəyə büründü . Sag əlinin əksinə olaraq sol əli boşaldı və toyuqlu burgeri yerə düşüb əzildi .

Dinq-DonqOù les histoires vivent. Découvrez maintenant