[ 3 yanvar]
İkinci imtahanı da ugurlu verib cıxdıqdan sonra Turala zəng etmək qərarına gəldi .Lakin oglan bu dəfə də İlkinin zənginə cavab vermədi .
"Hər şeyi valideynlərinə xəbərlədiyimə görə acıq eliyir . Nə vaxta kimi danışmayacaq ki ,mənimlə ? Amma belə yaxşıdır .Yəqinki , İzzət dayıyla Leyla xala onun başına agıl qoya biləcəklər ."
***
İzzət maşında yanında əyləşmiş oglunun İlkinin adını oxuyan kimi telefonu səssizə aldıgını görəndə :
- Tural , İlkinə haqsızlıq eliyirsən .-dedi .
-Bu bizim məsələmizdir ,papa. Sən qarışma .
Maşın 28 Mall-ın önündəki dayanacaqda dayandıqda Tural qapını açdı . Atasının da onunla birlikdə düşdüyünü görəndə üzünü turşutdu .
- Eee, papa , mənimlə hər yerə gəlmək məcburiyyətində deyilsən .
-Sən o zibildən qurtulmaq ücün hələ tam müalicə olunmamısan .Ona görə də səni gözümdən kənara qoyan deyiləm .
-Off , sənə söz vermişəm ki, bir də istifadə etmiyəcəyəm . İndi imkan ver gedim özümə kurtkadan ,paltodan bir şey alım .
-Cox danışma .Səninlə gələcəyəm vəssalam .
***
Kişi paltoları geyindirilmiş manikenlərin yerləşdirildiyi vitrinin önündə dayanmışdılar .
Tural:
- Nədir ,papa ? Görürsən ki, paltar almaga gəlmişəm . Bəlkə paltar dəyişmə kabinəsinə də mənimlə girəsən.
-Hm ,yaxşı .( onlarla gəlməsini istədiyi sürücüsünə baxdı)Xalid ,sən burda gözlə .Turalı gözdən qoyma .
-Oldu ,İzzət müəllim.
-Mən də yuxarı qalxıb kofedən filan icim .
Sürücüylə atasının söhbəti Turalı bezdirdi və başını bulayaraq magazaya daxil oldu .
***
Bəyəndiyi kurtkanın bədən ölcüsünə baxdıqda yaxınlıqdakı qızdan :
- Bunların bir "razmer" böyüyü varmı ?-soruşdu .
Qız üzünü cevirib oglanı gördükdə təəccübləndi .
-Tural ?!
-Sara ? Burda neynirsən ?
-Gördüyün kimi işləyirəm .-cavab verib gülümsədi .
Əlini kurtkadan cəkib :
-Sən offisiant işləmirdin ki?
-Daha yox .Gecə həyatını buraxmışam bir dəfəlik .
Tural gülərək :
-Deyəsən ,məndə . Arxamca adamlar gəzir . Başda da papam .Hər hərəkətimi güdür . -dedi .
-Bəs sən özün nə fikirləşirsən ?Normal həyata qayıtmagı düşünmürsən?
- Nə bilim .Əslində iradəli olmaga calışıram . Görək nolacaq ? Bu semestr universiteti də boşlamışam .Gərək dərslərimə də vaxt ayırım . Sənin universitet işin necə oldu ?
Qız təəssüflə :
-Bildiyin kimi .İmtahanlardan kəsildim ,atam da illik ödənişi etməyəndə hər şey tam oldu .-dedi .
-Atangil hələ də bagışlamıyıb səni.
Sara başını saga sola hərəkət etdirməklə sualı cavablamış oldu .
Tural:
- Hər şeyin günahı məndədi .
- Yox ,mənim özümdədir .Sən məni hec nəyə məcbur eləməmisən .
***
Tural kassaya ödəniş edib paketlənmiş kurtasını götürdü və cıxışa dogru addımladı . Qapıya catanda geri cevrilib Saranı axtardı . Qızın da ona baxdıgını görəndə :
-Sara , kurtkanı dəyişmək istəsəm gəlib qaytara bilərəmmi ?-soruşdu.
-Bilərsən , Tural .
-Gələcək həyatında ugurlar ,Sara .
- Sənə də .
***
YOU ARE READING
Dinq-Donq
Teen FictionDing-Dong dedikdə kilsə zənginin yaratdığı səs nəzərdə tutulur . O kilsə zəngi ki , kənardan baxdıgımızda bu səssiz " məxluqun" ömürlük sükuta qərq olduğunu zənn edirik . O kilsə zəngi ki , onu tərpətməyə bir insan övladının gücünün yetməyəcəyini...