"Məni nə hesab eliyir ? Məqsədinə çatmaq üçün vasitə ?...Deyəsən çox zəif göstərmişəm özümü .Kimin zəif olduğunu görəcəyik , İlkin...Bir dəqiqə .Ona şərtlərimin oldugunu yazmışdım .Heç bu şərtlər haqqında ətraflı düşünməmişəm .Onları dəqiqləşdirməliyəm ."
***"Bu qız hansı şərtlərdən danışır?Mesajlarıma da cavab vermir...Nə fikirləşib görəsən ?"
***İlkin ətrafına göz gəzdirib Məryəmi axtararaq anat.mühazirə zalına daxil oldu , qrup yoldaşı Abdulhamitin yanında əyləşib oglanla görüşdükdən sonra gözlərini qapıya dikdi ki , Məryəmi gözdən qacırmasın .
Az sonra Məryəm qapıda göründü , keçib boş sıraların birində oturdu.
İlkin "Aha ,gəldi bizim qara qız" düşünərək ayaga qalxdı .Abdulhamit təəccüblə :
-Nereye gidiyosun, oglum?
-İşim var .Aşagı düşürəm .
İlkin getdikdən sonra Abdulhamit başını buladı :
-Tavırlara bak...neyse ya.
***Məryəm dünən axşam qızlardan mühazirədə yanında oturmamalarını xahiş etmişdi. Rəfiqələri bunun səbəbini soruşduqda "deyəcəm, mütləq deyəcəm .Qoy düşündüyüm olsun ." cavabını vermişdi.
Qız kiminsə onun yanında oturdugunu hiss etdi .Üzünə baxmasa da adamın səsindən kim oldugunu anladı .
-Nə şərtləriniz var, xanım?
Qız oglana tərəf çevrildi :
-Sənin də sabahın xeyir.
-Elə bir şey demədim .Şərtlərini soruşdum sadəcə .
"Dünya vecinə deyile bunun...İlkin, görək şərtlərimi eşidəndə də bu qədər rahat olacaqsanmı ?" düşündü Məryəm .
İlkin qıza daha da yaxınlaşaraq:
-Sual verdim sanki .
"Gözləri necə qəşəngdi...özünə gəl, Məryəm .Daha əzdirmə özünü ."
-Nəyə baxırsan, Məryəm?
Məryəm fikirlərini cəmlədi :
-Şərtlərim çox deyil amma səndə onları yerinə yetirməyə cəsarət olmaz .
Oglanın üzündə qarşısındakı adamı ələ saldıgını göstərən ifadə yarandı .
-Bax, bax qorxdum .Nə şərtdir ki o?...hə bildim yəqin Fərhad kimi qayaları çapmagımı istəyəcəksən .
-Hıı?
Oglan dodaqlarını qızın qulaqlarına yaxınlaşdırıb:
-Durub gedəcəm aa .- deyəndə qızın tükləri biz-biz oldu . Dərhal özünü bir qədər kənara sürüşdürdü .
Oglan gülərək qalxdı , getməyə hazırlaşdıgını göstərmək üçün sıradan çıxdı .Məryəmin onu geri çagıracagını düşünürdü amma gözlədiyinin əksinə olaraq qız oglanın arxasınca :
-Özün bilərsən.-dedi.
Buna baxmayaraq Məryəm ürəyində başqa hisslər keçirirdi.
"Getməəə...getsən şərtlərim nolacaq bəs?...ıhııhı..offf"
VOCÊ ESTÁ LENDO
Dinq-Donq
Ficção AdolescenteDing-Dong dedikdə kilsə zənginin yaratdığı səs nəzərdə tutulur . O kilsə zəngi ki , kənardan baxdıgımızda bu səssiz " məxluqun" ömürlük sükuta qərq olduğunu zənn edirik . O kilsə zəngi ki , onu tərpətməyə bir insan övladının gücünün yetməyəcəyini...