[Bazar ertəsi]
-Şirin yuxunuza haram qatıb gəlmisiniz dərsə . Bax niyə ? Nə bilim , bir şey zad vermək istəmirsiz ki?
Müəllimin gizli ismarıcını anlayan Sevil Laləyə dogru əyildi.
- Az qalsın , "mənə rüşvət verin" deyəcək .
İlkin ayaga qalxdı .
- Mən sərbəst iş vermək istəyirəm , Hüseyn (!) məllim.
Kişi oglanı başdan ayaga süzdü.
- Hmmm , uşaqlar görürsünüz ? Bu oglum qolu sarıqlı , yaralı olsa da sərbəst iş vermək istəyir .Siz isə ...Gəl görüm .
Məryəm lövhəyə cıxan oglana gözlərini süzdürüb Çiçəyə baxdı .
- Bayaq mən də sərbəst iş verdim də . İlkini elə tərifləyir ki .
Çiçək :-Nə fikirləşirsən o şərt barədə ?- soruşub gülümsədi .
-Eee , Çiçək , küsəcəm .Mən başqa şeydən danışıram ,sən yenə də o şərt haqqında soruşursan. Cavabımı bilmirsən guya ?
Hüseyn müəllim sərbəst iş mövzusunu danışmaqda olan oglanın cümləsini kəsib :
- Oglum adın nədir ?-soruşdu .
-İlkin .
- Hə ,İlkin , sən qısaca başa sal görüm elektrik nədir ? Bir cümləylə...
Caş-baş qalan İlkin :
- Mövzumda elektrik haqqında hec nə yazılmayıb .-dedi .
-Əşşi yazılmasın da .Sən mənə de görüm elektrik nədir ?
Oglan təslim oldu :
- Bilmirəm . Nədir ?
- İndi təzə söz cıxıb .Oglan qıza deyir ki "mən səndən elektrikləndim." Bu antikvar sözləri hardan tapırlar bilmirəm .
Abdulhamit :
- Hocam , elektrikin tarifi bu mu yani ? "Ben senden elektriklendim." mi ? Bi biofizik hocası olarak konuyu daha anlaşılır hale getiremezmisiniz ? Başa salarmısınız ?(tofiqə baxdı ) Dogru mu söyledim lan ?
Müəllim:
-Olmadı ki .Sözümü kəsmə . ( yenə İlkini süzdü) De görüm elektriklənmisənmi ?
- Mən ?
- Yox mən . Bə kimi deyirəm ?Əlbəttə sən .
İlkin gülərək :
- Elektriklənmişəm.- cavab verdi .
Kişi də güldü :
- Nə yaxşı .Kimdən almısan o elektriki ?
" Eyy mən bu İlkini yaxşı tanıyıram .Dünya vecinə deyil .Birdən adımı cəksə...? Mən də lap "havalara " girmişəmee..."
Sinif otagının qapısı döyüləndə müəllim və tələbə arasındakı "elmi" dialoq yarımcıq qaldı və bu da Məryəmin rahat nəfəs almasına səbəb oldu .
İcazə alıb sinifə daxil olan gənc bir oglan parta arxasında əyləşmiş tələbələrə nəzər saldı .
- Salam , gənclər .Sizə "Ding-Dong travel" adlı səyahət şirkətinin cox sərfəli qış təklifləri haqqında məlumat vermək ücün buradayam .
Məryəmlə İlkin eyni anda "Hər yerdə də Dinq-Donq var ." düşündülər .
Nazim :
- Necə bir təklifdir bu ?
Oglan ciynindən asdıgı cantasından coxlu sayda vərəq cıxarıb :
- Yanvarın 22si səhər saat 7də Şahdag qış-yay turizm kompleksinə avtobuslarımız cıxacaq .24ü isə geri dönüşü təşkil edirik . İki gecəlik otel qiymətlərimizdə də tələbələr ücün xüsusi endirim var . (vərəqləri gənclərə paylayaraq) sizi maraqlandıran suallar bu broşürlərdə yazılıb . Nömrələrimiz də qeyd olunub . İstəsəniz əlaqə saxlaya bilərsiniz bizimlə .
Şəmsəddin vərəqə diqqət yetirərək:
-Aa, nə yaxşı. Yanvarın 19u son imtahanımızdır .İmtahandan sonra əla istirahət olaree.- deyib bu təklifi bəyəndiyini ifadə etdi .
Oglanlar imtahan sonrası istirahət fikrinə etiraz etməsələr də qızların bu məsələ ilə baglı bəlli problemləri vardı .
Çiçək Məryəmə :
- Mənə evdən ancaq qardaşımla getməyə icazə verəcəklər . Məryəm , sən də Mustafayla gələ bilsən... - deyib ümidli baxışlarla rəfiqəsini süzdü .
YOU ARE READING
Dinq-Donq
Teen FictionDing-Dong dedikdə kilsə zənginin yaratdığı səs nəzərdə tutulur . O kilsə zəngi ki , kənardan baxdıgımızda bu səssiz " məxluqun" ömürlük sükuta qərq olduğunu zənn edirik . O kilsə zəngi ki , onu tərpətməyə bir insan övladının gücünün yetməyəcəyini...