14. "Risovka"nın Samiyəsi

156 29 2
                                    

[Təxminən 2 həftə sonra]
Əminə sakitcə İlkinin otagına daxil oldu . Bir neçə dəqiqə əvvəl alarm çaldığını eşidən oglan başını yastıgının altında gizləyib qulaqlarını qapamışdı .
Xidmətçi qadın  otaga nəzər saldı .Divara  tanımadıgı musiqi qruplarının , mügənnilərin ,futbolçuların posterləri yapışdırılmış  , bir küncə  isə  gitara qoyulmuşdu . " Tipik gənc oglanın otagı..." düşünən qadın  buranı  evin   ən səliqəsiz otagı  hesab edirdi. Divardan asılmış gitara formalı qəribə saata baxıb  yataga  yaxınlaşdı:
-İlkiin...
Oglan gözlərini açmadan:
-Hmm...
- Nə hm ? Dərsə gecikəcəksən.Bu gün nə çox yatdın ?
Banu  qaçaraq içəri girəndə  İlkin ayaq səslərini eşidib   gözlərini açdı .Tərs-tərs uşaga baxdı .
Əminə :
-Aha oyandın...Yaxşı mən düşürəm aşagı .-deyib otagı tərk etdi .
İlkin hələ də otaqda var-gəl edən  bacısını  izləyirdi  .Mırıldanaraq :
-Sən niyə məktəbə getmirsən ki?Formanı da geyinməmisən.
Qız gitaraya yaxınlaşaraq:
-Xəstəyəm ona görə .- cavab verdi .
-Heç xəstəyə oxşamırsan...-deyib yataqdan qalxdı. Qız  əlini gitaraya uzadanda İlkin qışqırdı:
- Min dəfə demişəm ki, gitarama əl vurma .
Qapıdan  Elgünün başı göründü :
-Nə qışqırırsane?
İlkin acıqla :
- Bir sən çatışmırdın axı .
-Çox havalara girmisən axır vaxtlar ."Risovka"san  da .
İlkin cəld ayaga durub Elgünə yaxınlaşmaq  istəyəndə uşaq  qaçaraq uzaqlaşdı .
Qardaşının aradan cıxdıgını görüb bacısına baxdı .Qız İlkinin "öldürücü "  baxışlarından qorxub yavaşca otaqdan çıxdı .
***Bir saat sonra qardaşı ilə villadan çıxan İlkin maşınına yaxınlaşdı .Elgün isə  gözlərini süzərək sürücüləri Akifin idarə etdiyi maşına mindi və pəncərədən qardaşının hərəkətlərini izləməyə davam etdi .
İlkin  onu acıqlandırmaq üçün əlini Porşenin üzərində gəzdirib filmlərdəki pis adamlar kimi gülümsədi .
***Məryəm  Anatomiya korpusunun  2ci mərtəbəsinə qalxıb  histologiya kabinetinə dogru getməkdə idi  . Anidən qarşısına  çıxan qız  gülümsəyərək:
-Aaa, Məryəm ?
Məryəm saclarını kəsdirərək xeyli dəyişmiş qızı  tanımaq üçün bir neçə saniyə düşündü .
-Samiyə ? Necə dəyişmisən ?...Tanımadım .
-Həəə, necəsən?
-Yaxşıyam, sən ?
-Ehhh, belə də .Dərslər indidən bezdiribe.
*** Kafedranın girişində oturub gələn-gedənə nəzarət edən  yaşlı qadın İlkinə acıqlandı:
-Xalatını geyin .Sizə deməkdən bezdim .Başa düşmürsüzee.
Oglan xalatını necə gəldi geyindi .Bir qədər getdikdən sonra koridorda söhbət edən iki qızla qarşılaşdı.
"Samiyədir .Necə görünürəm, görəsən?... Yanındakı Məryəmdir ?...Tanıyırmış Samiyəni..."

Dinq-DonqWhere stories live. Discover now