Qoca şair.

645 47 12
                                    

Gedirdi komasına tənha bir şair,
Beynində fikirlər fırlanırdı, keçmişə dair
Ruhu dəniz kənarında intiharda,
Gözünün önündə cənnət gözlər, incə əllər və sair...

Sevmirdi insanları, dərd içini bürümüşdü,
Dəli olurdu artıq o, qaranlıqda tək başına yarım saat gülmüşdü
Daxili sıxıntılar, psixi travmalar,
İçində heç bir hiss yoxuydu, qəlbi ölmüşdü...

Yazırdı şeirlər vərəqə göz yaşlarıyla,
İlham pərisinin oynuyurdu saçlarıyla
Hər dəfə nifrətini büruzə verirdi o,
Cəmiyyəti öz sözləriylə daşlamaqla...

Artıq bezmişdi, yaşama həvəsi sönmüşdü,
Qələm əlində əsirdi,ilham pərisi də ölmüşdü
Beyinə doğru gedən güllələr və son,
Dünyadan bir şair yenə qiymətsiz köçmüşdü...

(c) RAMİN SƏKKİZ / 2016

Gecələrin səsi.Where stories live. Discover now