Hər döyüntüdə bir ağrı var,
Qəlbim gücdən düşüb
Göz altımda illərin yorğunluğu,
İyrəndirir həyatdan bu şəhərin pozğunluğu...Çək tüstünü ciyərlərinə,
Onsuz dərd işləyib iliklərimə
Qollarım sarılıb bərk-bərk sənsizliyə,
Gəl qurtar məni bu bataqlığın içindən...Tanrım, mərhəmətinə sığınıram,
Dua etmədiyim hər gün üçün utanıram
Hiss et ruhumun hayqırışını,
Yanına gəlməyə darıxıram...Bu cəmiyyət eşq düşməni,
Nifrət bəsləyir, davaya hazır
Hər kəs dəyişsə özün, dəyişdirər ölkəni,
İnsanlar sadəcə hazıra nazir...Xatirələrimi qıfılladılar,
Dostumla gülüşlərimizi bağladılar,
Uşaqlığıma qadağa qoydular,
Mən bu cəmiyyətdən heç nə gözləmirəm,
İnsanlar qəddardı,
Daha da heç nə demirəm...(c) Ramin Səkkiz / 2016. #Nifrət.
YOU ARE READING
Gecələrin səsi.
Poetry"Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi. (c) Ramin Səkkiz. 2016. Qeyd: Kitabın cover-i Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.