Kədər sahili.

134 18 7
                                    

Bir şair yaxınlaşdı sahilə.Dərdiylə, özləmiylə elə yaxınlaşdı ki, dalğalar sakitləşib onu seyr etdi.İnsanların əsəbi baxışlarından, boz şəhərin duyğusuzluğundan uzaqda.Qəlbindəki yaraları sarımağa gəlmişdi sanki.Yalnızlığı bütünlüklə yaşayırdı içində.O ağrını iliklərinə kimi hiss edirdi.Sevgini də nifrəti də daşıyırdı ürəyində.Ruhunda mübarizələrdən qalmış bir-iki cızıq vardı.O hər kəsdən fərqli.Üzündə gülüş, içi darmadağın.Tanrıdan gələn sətirləri hörüb vərəqə, təqdim edirdi cəmiyyətə heç bir təsiri olmayacağını bilə-bilə.Sadəcə düşüncələrində bir ümid vardı əlbət: "bəlkə alınar, insanlar qaranlıqda işığı taparlar".Lakin, gözlərdə yorğun baxışlar, gözaltı cəmiyyət kimi qara...
Mavi ləpələrə həsəd aparırdı şair.Necə də sərbəst və güclüdürlər.Səmayla dəniz bir sevgili, ikisi də eyni sanki.Və ay onların bir övladı sanki...

İçində kədər daşıyan şair bir şeir oxudu dənizə, nifrətini hayqırdı səmaya.Dəniz ağladı, tab gətirə bilmədi olanlara.Və şairi aldı qoynuna, apardı uzaqlara...

(c) Ramin Səkkiz / 2016. #Kədərsahili.

 #Kədərsahili

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Gecələrin səsi.Where stories live. Discover now