Qızcığaz.

149 25 1
                                    

Kiçik bir qızcığaz vardı şəhərin mərkəzində,
Hamı səliqəli, onun çirk vardı ətəyində
Yaşı dörd ya da beş olardı bəlkə də,
Lakin, dərin bir kədər vardı göz bəbəyində...

Anası atasına verilmişdi gənc yaşlarında,
Gənc xanım məcbur evlənmişdi vağzalıyla
Heyif kişi pisiydi, hər gün şiddət qadına qarşı,
Daha sonra kiçik qızcığaz dünyaya gəldi göz yaşlarıyla...

Heç nədən xəbərsiz, məsum bir körpə,
Lakin, gəlişiylə anası vəfat etdi
Hamını bataqlığa salır bu ölkə,
Dörd il sonra atası oğurluq üstündə həbsə səfər etdi...

Bəxtsiz kiçik qızcığaz küçələrdə,
Yardım istəyirdi hər kəsdən
Soyuq qış günündə yatmışdı mərmərdə,
Günahsız qız bu cür imtahana çəkilirdi bu boz şəhərdə...

Hamıda fərqlidi alın yazısı,
Yaxşı insan olmaqdır ən əsası
Yaşlı bir qoca, əlində əsası,
Balaca qıza açmışdı öz qapısın...

(c) Ramin Səkkiz / 2016. #Qızcığaz.

Gecələrin səsi.Onde histórias criam vida. Descubra agora