Bir stəkan su və bir ölümlük kədər gətir.Yanında da qəlbə sancılmış yaralar olsun.Bir şəklə baxıb saatlarla ağladığını, xəyalının boz şəhərin ümidsizliyində itib-batdığını xatırla.Sonra depresiv günlərini, intaharı gecə-gündüz beynində qurduğun anları düşün.Hər dəfə ayağa qalxmağın həzzini bilirik,dost,lakin yıxılmağın ağrısı faciəvidir.Ürəyə batan bıçaq tək sancılar, gecə yalvarışları var.Bir ümid, bir də xəyal saxlıyır adamı həyatda...
Qaranlığa əsir olduğunu, hər dəfə "bir də eləməz yəqin" dediyində yenidən zərbə aldığını, hündür bir yerdən soyuq qış günündə özünü ordan aşağıya buraxmağa çalışdığını, hər içkidə hər siqaretin tüstüsündə yox olduğunu yadına sal.Hər göz yaşından sonra "böyüyəndə qəddar biri olacam" dediyini saxla beynində.Ancaq yenə də alınmayacağını bilərək dediyini də unutma, dost...
Bir mahnının sakitliyində gözünü yumub kainatın boşluğunda yox olduğunu və kosmosun gözəlliyini, ürküdücü tərəflərini gördüyünü xatırla.
Sonra dörd divar əhatəsində, yanında qələm, kağız, ruhunda narahatlıq, beynində yaşanmışlıqlar və göylərdən qələmin diyircəyinə enən sətirlər kağızla qovuşur.Bax, dost, bir şairin şeiri belə yaranır...(c) Ramin Səkkiz / 2016. #Şeirresepti.
ESTÁS LEYENDO
Gecələrin səsi.
Poesía"Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi. (c) Ramin Səkkiz. 2016. Qeyd: Kitabın cover-i Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.