Gecədən hədiyyə.

175 22 3
                                    

Şeirlər gecənin dərinliyi,
At könlündən qəmginliyi,
Gəl, gəlişinlə sil bu sənsizliyi,
Uğura çevir bəxtsizliyi...
Sıxır məni bu şəhərin qəlbsizliyi,
Kaş insanlar biləydi həqiqi sevməyi
Hər gələn nədənsə sevir getməyi,
Qalanlarsa səssiz seçir ruhən ölməyi...
Şairlər sevir gecələr şeirləşməyi,
Qələmlə kədəri vərəqə qərq etməyi,
Ağrılarla şəfəqi gözləyib, əhd etməyi,
Şairlər sevir öz yarını düşünüb vəsf etməyi...
Bu şəhər bizə boz, başqalarına ağ görünər,
Kədəri dadmayan gecənin ağırlığını nə bilər?!
Badü-Kubə kasıblara fırtınalı gələr,
İnsanlar əziyyət çəkmədən bəhrə gözləyər...

(c) Ramin Səkkiz / 2016. #Gecədənhədiyyə.

Gecələrin səsi.Where stories live. Discover now