Gecə və yar.

174 14 4
                                    

Gecələr boğaza yığılır ağrılar,
Kədərdən nəfəs belə güclə alınar
Göz yaşı qərq olur yastığa,
Bir-iki tüstü və otaq bizə dar...

Gəl, gül üzümə, ey sevgili canan,
Özləmindən yanır can
Gəl, gəlişinlə cənnəti bəxş eylə, yar,
Sənin mənə verdiyin ölümcül ağrılar var...

Gecələr yaşayıram mən bu sevginin hər əzabını
Gəl beynimdəki sənlə bağlı sualların ver cavabını
Amma bir tərəfdən də qəribə bir sevgim var ağrılar və gecələrə
Çünki şeirlər üst-üstə yığılıb bir kitab olur.

Gəl,bu ağrılar ancaq səndə tapar məlhəm
Pozular bu gecənin lal sükutu gəlsən
Bağışla etiraf eləməliyəm acı da olsa
Elə dərd də sən, dərman da sənsən.

(c) Ramin Səkkiz, Elvin Binyətzadə. #Gecəvəyar.

 #Gecəvəyar

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.
Gecələrin səsi.Où les histoires vivent. Découvrez maintenant