Baxışlar yorğun,
Fikirlər solğun
Nə qədər yerlə bir edəcək bizi zaman?
Cavabsız sualların əhatəsində itirəm,
Mən bilmirəm kiməm
Axtarışlar bizi öz boşluğunda yox elədi
Gecənin səssizliyi ağrıtdı canımızı
Bir ümid,
Bir ümid var hər kəsin qəlbində
Əslində, hər kəs yaxşı insan,
Talelər pis...
Bəlkə də sadəcə yaşamın oyunlarıdır hamısı
Düşüncələr azdırır yolumuzdan bizi,
Sonsuz qaranlığa doğru...
Aydınlıq tapmaq istərkən niyə hər dəfə zülmətə dücar oluruq,dostum?
Kaş axtardığını tapardı hər kəs,
Kaş gözləyənlər qovuşardı,dostum,
Cəmiyyət təmiz fikirli olardı,
Bakı kədər şəhəri yox,
Düzgün şəhər olardı...
İnsanlar dəyişir,
Ən yaxınların sənə qarşı çıxanda tanıyırsan həyatı
Onlara görə sən səhvsən,
Əslində səhv hər kəsdə,
Susma,
Bağır nifrətini,
Boğ sevgini içində,
Qurtul sıxıntılardan
Onsuz bu ölkə sevgi saymır,
Burada nifrət bir sıfır öndə...
Yazılan hər sətirdə yaşanmışlıq yatır, dostum,
Hər kəs dəyişir,amma xatirələr yox...(c) Ramin Səkkiz / 2016. #Birbəyazvərəq.
![](https://img.wattpad.com/cover/59525603-288-k224681.jpg)
ESTÁS LEYENDO
Gecələrin səsi.
Poesía"Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi. (c) Ramin Səkkiz. 2016. Qeyd: Kitabın cover-i Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.