"Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi.
(c) Ramin Səkkiz. 2016.
Qeyd: Kitabın cover-i Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.
Sarılmaq musiqiyə və sevmək sətirləri, Göydələnin damından izləmək boz şəhəri Sənin qoxundan sonra atmaq bütün ətirləri, Sənsizlikdən yaranır ruhumda gecənin kədəri...
İllərlə yazmaq nələrisə dəyişmək arzusuyla, Kədəri içkiyə qatıb qəlbimə vururam mən Beyində dolanır fikirlər, mən cəmiyyət ovçusuyam, Hər səhər xəyalının səsin duyuram mən...
Bəşəriyyət yaranandan doymadı qandan, Mən əsrlərdi yorğunam Sol biləkdə qara qolbaq yadigardı yardan, Cənnət gözlərinə vurğunam...
Fikirdən ürək xəstə, gözaltım qara, Şairik biz, dostum, ruhumuzda var yara Dünyada elə uşaqlar var həsrətdi qara, İnsanlığı itirə-itirə gedirik hara?...
Bu gecə topladım bütün fikirləri beynimə, Kədərin ən dibini yaşayıram Əsl sevginin güclə tapıldığı bir şəhərdə, Mən sətirlərimlə birtəhər yaşayıram. Ağrıdır ağrılar, Köhnəlib sarğılar Beynimdə hər gün yersiz bağırtılar, Xilas etmədi bizi etdiyimiz axtarışlar...
(c) Ramin Səkkiz / 2016. #Fikirevi.
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.