"Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi.
(c) Ramin Səkkiz. 2016.
Qeyd: Kitabın cover-i Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.
Boş otaqda rəqs edir fikirlər, Bu gecə bir şair sətir qətl edir Ruh və qəlbim sərxoş, fincana ağrı töküb içirlər, Bakı hər gecə bir xəyalı dəfn edir...
Bir gün anlıyır insan həyatı, Kədər boğaza düyümlənəndə Tale gülmür üzümüzə gör nə vaxtdı, Bəlkə düzələcək hər şey pəncərəmdə günəş görünəndə...
Qaç, dostum, azadlıq burda yox,uzaqlarda, Əlbət bir gün onu tapacaqsan Ümidini itirmə, başını qaldır, bəlkə də səmalarda, Sonsuz bir gözəlliyə şahid olacaqsan...
Və sonda göründü günəş ümidsiz xalqa, Artıq sevinc vaxtı bizimdir Bax, dostum, o əvvəlki cəmiyyət harda, Heyif, yarımçıq qaldı hər şey, çünki oyanmaq vaxtı gəlibdir...
(c) Ramin Səkkiz / 2016. #Yuxu.
Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.