Gecələrin səsi (Söhbət).

153 16 3
                                    

Beynimdə neyronlar daim əlaqədə.Baş ağrısı yox, beyin ağrısı yaşıyırıq biz.Cəmiyyətin 80 faizi hələdə yuxuda, dostum.Heç nədən anlayışı olmayıb danışanlar da artıb artıq.Bu boz şəhərin dar küçələrində payız yağışıyla günahlarımı yuyub, sözlərlə oynuyub, son şeirimi yazıb, gecələrin səsini son kəs duyub kainatın boşluğuna gedəsim var.Qəlbimdə o qədər ağır yüklər daşıyıram ki, çiyinlərim tab gətirməz heç.İllərini vermək bir sevgiyə, bir fikrə və bir xəyala.Bəlkə də hər şey mənasız və lazımsızdı.Bu qədər əziyyət çəkməyə də dəyməz bəlkə də.Lakin, qabağında məqsəd və güclü ideologiyan varsa ondan ayrıla bilmərsən.İstiyir qarşına yüzlərlə maneələr çıxsın yenə də davam etməyə cəhd edərsən.Yazmaq - nələrisə dəyişmək.Yazmaq - sevgi duyğusunu insanlara yeritmək .Yazmaq - dərdlərdən uzaqlaşıb sözlər dəryasında boğulmaq.Yazmaq - samanyolunda ulduzların arasında sonsuzadək itib-batmaq.Və yazmaq - axtarışda olmaq...

Gəl, əlimi tut, mənlə birgə güclü ol.Çaqqalların özünü canavar sandığı zəmanədə yaşıyırıq, dost.Lakin, hər kəs bilib agah olsun ki, sonda canavarlar çaqqalların sümüklərin belə saxlamaz bu meşədə.
İl iki min on altı və hələdə hər şey tərsdi.HOST'un az da olsa dəyişdirə bildiyi cəmiyyətdə nələrisə bəyənmirsizsə bildirin.HOST müəyyən qədər bacardı, indiki bəzi reperlər müəyyən qədər bacardı.Tənqid yazaq, fikirləri azad şəkildə bildirək."Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi.Gecənizdən ümidin səsi gəlsin, dostlar.

Qeyd:Oxuyan hər kəs fikrini bildirsin, xahiş.Bu bölüm söhbət şəklində oldu biraz.Məqsədli şəkildə yazılmış bir şeydi.Mətndə qeyd edilən fikirlərə rəy bildirsəz sevinərəm.

(c) Ramin Səkkiz / 2016. #Gecələrinsəsisöhbət.
Cover by mrzayeva

 Cover by mrzayeva

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
Gecələrin səsi.Tahanan ng mga kuwento. Tumuklas ngayon