Bir neçə kədər məhv edir məni
Dünənim sabahıma mane
Bu şəhər insanları dərininə çəkir,
Bataqlıqda boğur,
Məhv edir...
Qəlbim ağrılarla mübarizədə zəiflədi
Bakının gözlərində nifrət var sanki,
Bütün gözəlliklər qara gəlir şairlərə bəlkə də...
Yalanın ayaq tutub yeridiyi məkan bura,
Bura ədalətin öldüyü,
Ümidlərin hər gecə intihar etdiyi,
Vicdanın hər dəfə bizi ittiham etdiyi diyar...
Bura başqa şəhər,
Arzulara əks şəhər...(c) Ramin Səkkiz / 2016. #Başqaşəhər.
YOU ARE READING
Gecələrin səsi.
Poetry"Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi. (c) Ramin Səkkiz. 2016. Qeyd: Kitabın cover-i Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.