Zehnimə təsir edir artıq gecələr,
Könlümə taxt qurmağa gəl
Dözmək çətin sənsizliyə tez elə,
Qəlbimə məlhəm olmağa gəl...
Öyrəşir insan zamanla yalnızlığa,
Yalnızlığımı yıxmağa gəl
Yoldaş oldum bu qaranlığa,
Günəşim ol, qaranlığımı yandırmağa gəl...
Eşqin gücüylə bihuş olub şair,
Naxoş ruhuma məlhəm olmağa gəl...
(c) Ramin Səkkiz / 2016. #Gəl.
ESTÁS LEYENDO
Gecələrin səsi.
Poesía"Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi. (c) Ramin Səkkiz. 2016. Qeyd: Kitabın cover-i Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.
