Dumanlı beyin.

130 20 3
                                    

Gecəni şeir misralarıyla dərd bürüyüb,
O yenə hər şeyi atıb kənara düşünür,
Ayaz gəlir, əl əsir, deyəsən üşüyür
Tütün qarışır otağa büsbütün...

Bezgin baxışlar, düşüncə yorğun,
Siqarın dumanından yenə boğulur
Hər gecə bir ümid ölür, yenisi doğulmur,
Boz şəhərdə sevgisiz yaşamaq olmur...

Şair sətirləri düzür vərəqə səssiz,
Hər söz gəlir göydən beyinə səhvsiz
Necə də çətindir nəfəs almaq sənsiz,
Yaşama davam edir şair həvəssiz...

(c) Ramin Səkkiz / 2016. #Dumanlıbeyin.

Gecələrin səsi.Where stories live. Discover now