Sadə mürəkkəb.

136 16 0
                                    

Zaman qovur bizi.O dayanmır.İnsanla zaman bəşəriyyət yaranandan bəri mübarizədədir.Zaman - Tanrının bizi öldürməsi üçün göndərdiyi əzrayıldı.Zaman bizi anlamır.Heç kömək olmur.Bəlkə də buna görə zaman bizim düşmənimizdir.Bizi vaxtında qərar verib, vaxtında bunu eləməyə məcbur edir.Gecikməməliyik.Axtardığımızı tapmalı, tapdığımızı qorumalıyıq...

Çox yorulub ruhum.Sevdiyin səndən öncə öləndə sən hər saniyə ruhunu tapşırarsan Tanrıya.Aldığın hər nəfəsdə kədər ilişib qalar boğazında.Qəlbindəki sancılarla "yaşayarsan"...

Sus.Qoy gözlərindən axan yaşlar danışsın.Sən sadəcə izlə və dinlə.Yazdığın şeirlər, etdiyin cızma-qaralar danışsın.Kədərini saxla özünə.Qoy kədərindən bu dörd divar danışsın.Sil göz yaşlarını, ağlama daha.Qoy ağrılarından Tanrı danışsın...

Yaşamağa göndərdiyin dünyada hər gün niyə öldürürsən axı məni? Yazdığım sətirlərin xatirinə pıçılda qulağıma mərhəmətindən...

Həqiqəti axtardığımız dərinliklər bir gün boğacaq bizi sonsuzluğunda.Dərində, dostum, hər şey dərində.Diqqətlə bax.Ehtiyyatla davran.Gördüyümüz sadə şey belə dərində...

İnsan hisləri ilə düşünüb, ağlıyla sevir.İnsan ağlıyla düşünüb, hisləriylə sevirdi.Əvvəllər...

Bu gecə də qatil oldum.Heyif.Qətl etdiyim sözlərin, sətirlərin, üstünə bağırdığım, ağladığım şeirlərin bəd nəzəridir bəlkə də məni ağrıdan...

(c) Ramin Səkkiz. 2016. #Sadəmürəkkəb.

 #Sadəmürəkkəb

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Gecələrin səsi.Where stories live. Discover now