Soyudu hisslər,
Soyudu gözlər,
Soyudu şeirlər,
Soyudu gecələr,
Soyudu insanlar,
İnsanlar tərk etdi Bakını
Soyudu gözləyişlər,
Heç döyülmədi qapımız
Soyudu yalvarışlar,
Soyudu axtarışlar,
Soyudu həqiqətin dadı,
Qırıldı sülh quşunun qanadı
Soyudu işıq,
Soyudu günəş,
Soyudu qaranlıq,
Nə işıq qaldı, nə qaranlıq,
Ətraf şəffafdır artıq...
Soyudu soyumaq üçün atılan addımlar,
Soyudu ağrılar,
Soyudu ağlayışlar,
Soyudu göz yaşlarını udan yastıqlar,
Hər şey tam gəldi, intihar etdi artıqlar...
Soyudu arzular,
Soyudu yuxular,
Soyudu xəyallar,
Ölmüş ümidlərimə bu gecə kim ağlar?...
Soyudu boz şəhər,
Soyudu cəmiyyət,
Soyudu insanlıq,
Dünyada insanlıq qalmadı artıq...(c) Ramin Səkkiz / 2016. #Buzdövrü.

YOU ARE READING
Gecələrin səsi.
Poetry"Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi. (c) Ramin Səkkiz. 2016. Qeyd: Kitabın cover-i Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.