Axtarışda.

130 19 4
                                    

Axtarışlar - bir yerə gedib çatmaq istəyi.Sonsuz gecələrimizi qurban verdiyimiz axtarışlar.Dörd divarda sıxışıb qaldığımız, qaranlığın dibinə endiyimiz axtarışlar.Bəzən gecədən sübhə qədər şeir yazdığımız, bəzən heç fasilə vermədən sadəcə bir boşluğa baxdığımız, bəzən dayanmadan aylarla düşündüyümüz axtarışlar.Özünü tapmaq istəyi deyə bilərik bəlkə də.Lakin, ağrılı işdir, dostum.Yazmaqla Tanrıya hisslərini bildirmək, onu hiss etmək, sənin yanında olduğunu, işarələri duymaq.Günəşin ilk işıqlarıyla səmaya baxmaq, göyərçinlərin, sərçələrin nəğməsinə qulaq asmaq, əsən həzin küləyi hiss etmək, günün sübh tezdən ilk siqaretini çəkib kədəri boğazında yatmaq.O kədər o boğazdan heç getməz.Axtarışlar - "Tanrı məni niyə yaradıb?" sualına cavab tapmaq istəyi.Axtarışlar - "Mən kiməm?" sualının cavabı.Axtarışlar - uzun, incə bir yolda itmək qorxusu.Axtarışlar - gecədən sübhə şeirlə Tanrıya məktub yazmaq...

(c) Ramin Səkkiz / 2016. #Axtarışda.

Gecələrin səsi.Donde viven las historias. Descúbrelo ahora