Boşluqda bir şair,
Ucsuz-bucaqsız zülmətdən sətir yazır şair
Qaranlıqdan aydınlığa,
Ruhun dərinliyindən Tanrıya,
Bir məktub yazır şair...Sətirlər gücsüz,
Şair əldən düşmüş,
Nə də olsa hər dərdi görmüş,
Cəmiyyət çirkinliyindən ürkmüş,
Vərəqə göylərdən toplayıb sətirlər düzmüş,
Bir məktub yazır şair...Bağışla məni Tanrım,
Mən heç nə bacarmadım
Ağrılar sarsıtdı,
Şair yazırdı:
"İnsanlar düşməndir sevgiyə,
Bu zamanda sevgi verilir nifrətə"...Bir məktub yazır şair,
Gələcəkdən keçmişə dair...(c) Ramin Səkkiz / 2016. #Gələcəkdənkeçmişə.

ŞİMDİ OKUDUĞUN
Gecələrin səsi.
Şiir"Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi. (c) Ramin Səkkiz. 2016. Qeyd: Kitabın cover-i Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.