Qanıma qarışıb gecənin şəri.Milyonda bir görülən xəstəlik kimidir məndə yazmaq.Yəni sağalma ehtimalım sıfıra yaxın.Bax, gözünü yum, sonra yenidən bax.Zaman keçdikcə hər şey eyni görünməz sənə.Ona görə bir baxdığına dön birdə bax.Zamanın bizlə oynadığı ədalətsiz oyundu həyat.Hislər isə bizim zəifliyimizdir.Nifrət sonu uçuruma aparan yol, sevgi isə o uçuramdan aşağı atmağımızdır özümüzü.Ölüb-ölməyəcəyimiz isə Tanrıya qalıb.Bəzən yuxuda yoxluğu görürəm.Bomboş qaranlıq.Sanki kosmosda gəzirəm özüm üçün.Axtarışdayam.Bomboş bir qaranlıqda axtarışda.Dərində.Səmada sonsuz kainat, qalaktikalar, planetlər.Biz kiçik nöqtədən də kiçik.Kainatda Yerə digər qalaksidən baxdıqda heç planetimiz görünmür.İnsanlarsa hələdə özlərini Tanrı hiss edirlər.Necə də gülməlidir heç ölməyəcəkmiş kimi yaşamaq...
Yuxularıma gələn o qızılsaçlı mələk.Çıx qarşıma, gözlərimin içinə bax, sarıl mənə.Mən də əllərindən tutum dayansın zaman.Milyardlar heç olsun, çıxaq gedək xoşbəxtliyə.Necə də gözəl xəyaldır, elə deyilmi?...
Bütün hisləri, arzuları, ümidləri elə içlərində ilişib qalanlar içlərini boşaltmaqçün tək öz-özünə danışarlar.Danış, dost.Qoy dəli desinlər.Lap gözlərini dik bir nöqtəyə bir saat dayanmadan fikirləş, xəyal qur.Qoy şizofren desinlər.Sən rahatla, onlar elə danışsın, desin, desin...
Yenə özümü dünyanın ən günahkar və pis insanı hiss edirəm.Tanrım, məni niyə yaratdığını, vəzifəmin nə olduğunu pıçılda qulağıma.Bir gecə axtarışda beynimin ağrısından ölüb qalacam yoxsa...
Fikir.Düşüncə.Hislər.Sevgi.Həyat.Yaşamaq.Yaşamağa çalışmaq.Azadlıq.Son fraqmentlər.Son nəfəs.Ölüm.Və Tanrı...(c) Ramin Səkkiz / 2016. #Qarafəlsəfə.
ESTÁS LEYENDO
Gecələrin səsi.
Poesía"Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi. (c) Ramin Səkkiz. 2016. Qeyd: Kitabın cover-i Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.