Hissiz zaman.

126 20 1
                                    

Soyuq bir qış günündə intihar etdi ümidlər,
Ağladı buludlar, dayaq olmadı çətirlər
Günəş isitmədi içimizi artıq,
Buz kimi oldu münasibətlər...

Küsdü Bakı, dəyər vermədi insanlara,
Bu küçələr nifrət hayqırdı hər an
Kədərli gözlər kor oldu, gördü həqiqəti,
Yalan həqiqətə qalib gəldi hər an...

Bizi özünə dustaq etdi zaman,
Sənin qoynunda eşqi tanıdım,ana
Bu insanlar doğrunu səhvə satar,
Sevgiylə nifrət bir bütün olub yanar...

(c) Ramin Səkkiz / 2016. #Hissizzaman.

Gecələrin səsi.Where stories live. Discover now