Üsyan.

116 17 3
                                        

Axır vərəqimə səssizcə sətirlər.Necə də qəmlidirlər.Deyəsən yorulublar vərəqlə bir bütün olmaqdan.Uzun zamandır hər gecə möhtəşəm ikili olurlar axı.Eh, deyəsən sətirlərim də insanlara bənzəməyə başlayıb.Axı bu insanlarda nə görüblər? Ağıl? Məntiq? Ya mədəniyyət? Dünyanın pərdə arxasında "III dünya müharibəsi" bitir, "IV dünya müharibəsi"nin planları qurulur, sətirlərim də gedib insanlara oxşuyur.Guya ki, insanı heyvandan şüur və məntiq ayırır.Əsrlərdir dünyanın rəngi qırmızı qan, insanlar ac, körpələr güllə səsinə oyanıb bomba səsinə ölürlər.Mənə hörmətdən, sevgidən danışma.Hörmət Xocalıda körpələrin, yaşlıların dəriləri soyulanda, meyidləri belə yandırılanda, saf sevgi də "camaat nə deyər?" düşüncəsinə görə öldü.Əsgərliyə gedən bilmir düşmənlə mübarizə aparsın yoxsa öz millətindən olan, eyni dildə danışdığı, eyni cəbhədə olan öz əsgər yoldaşıyla.Ona görə, dostum, mənə hörmətdən, sevgidən danışma...

Sətirlərim, siz insanlara bənzəməyin.Sevin vərəqi, qarışın bir-birinizə.Gecədən ilham alıb, bir bütün olun həmişə...

(c) Ramin Səkkiz / 2016. #Üsyan (Qaranlığaithaf).

 #Üsyan (Qaranlığaithaf)

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.
Gecələrin səsi.Des histoires addictives. Découvrez maintenant