Könlümü yarə edir çəkdiyim ağrılarım,
Təsiri güclü olur içdən yazıların,
Şair fikrə dalır, qələm əlinə alıb,
Gecələr şeir yazır qəm-qüssə, kədər içində...Bədənə zəhər dolur dərd üzündən,
Göz yaşı yastığa qərq olur eşqin gücündən
Tab gətirmək olmur həyata, adam sərxoş olur,
Gecələr şeir yazır qəm-qüssə, kədər içində...Sevmədi bu yaşam bizi,
Hər dəfə ən çətini göndərdi bizə
Gələcək hələ gəlməməkdə, keçmişimsə,
Gecələr şeir yazır qəm-qüssə, kədər içində...(c) Ramin Səkkiz / 2016. #Kədəriçində.
YOU ARE READING
Gecələrin səsi.
Poetry"Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi. (c) Ramin Səkkiz. 2016. Qeyd: Kitabın cover-i Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.