"Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi.
(c) Ramin Səkkiz. 2016.
Qeyd: Kitabın cover-i Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.
Bax, dostum, görürsən insanların üzündəki o gülüşü? Bəs gözlərindəki kədəri necə? "Gözlər qəlbin aynasıdır" deyiblər.Baxışlar yalan danışmaz.İlk öncə gözlərə bax, gözlərdən qəlbə düş.İlk öncə ruhunu sev bir insanın.Sənə baxışını, gülüşünü sev.Elə sev ki, dünya dayansın, yeddi milyard insan heç olsun, ancaq siz olun: sən və o...
Bakı - sevgini kədərlə qarışdıran şəhər.Bəlkə də düzgün sevmədik deyə uduzduq.Axı yataqda tanış olub, sabah səhər ayrılır indiki gənclik.Eh, dostum, biz bu dünyadan deyilik.Kainatın boşluğunda yox olub getməli adamlarıq biz.Ulduzların əhatəsində sonsuzluğa qarışmalıyıq biz.İndi isə oturub bir binanın damında tüstünü içimə çəkirəm gözümdə göz yaşı.Sərin ayaz, həzin musiqi və xəyalımda baxışların.Şəhər mənzərəsinə bax, dostum, gözəldir elə deyilmi? Bu Bakı gözəl şəhərdir, hər dalanında ağrı gizlədərək.Bu Bakı gözəl şəhərdir, hər küçəsində qəm saxlı.Bu Bakı mənim şəhərimdir, bizim şəhərimizdir və hər yerində qırılmış ümidlər... Bir insan öldü bu gecə.Son siqaretini çəkdi, son musiqisini dinlədi, son dəfə bir qızı xəyal etdi, şeirini yazdı və "Tanrım, səni ruhumda hiss edirəm, lakin yanına gəlmək istəyirəm" deyərək intahar etdi.Bu şəhərin bir binasında gözündə yaşla bir insan özünü atdı əbədi yoxluğa...
(c) Ramin Səkkiz / 2016. #Gözyaşı.
Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.