Ay.

120 14 0
                                        

Səmada bir sığınacaq,Ay,
Boz şəhərə işıq saçırsan
Bir gün sancılar dayanacaq,Ay,
Gecələr sonsuz boşluqdan hər kəsə baxırsan...
Əllər açılır göyə hər duada,
Göydə ümid tək çıraq,Ay
Hər gecə yorulur gözlər burada,
Sızıldayır yaralar,Ay...
Sev bu dünyanı,
Qəlbində sevgi bəslə, nifrəti qətl eylə
Bəhs eylə yaxşılıqdan, tərk eylə qaranlığı
Ay, gördüklərini Tanrıyla bölüş,
İnsanlar insanlıqdan çıxır artıq
Yazıram sətirləri sənə baxaraq,Ay,
Gələcəm bir gün yanına, Ay...

Can, dinlə səssizliyi,
Hər an hüzur tap səssizlikdə
Yar qaranlığı, qır sərhədləri,
Ay'dan ümid al, güclü ol mənsizlikdə...
Toxunub ulduzlara,
Süzülürəm bu sonsuzluqda
Onsuzluqda azıram mən,
Tanrıya hisslərimi yazıram mən
Ay, səndə sakitlik tapıram mən...
Ay səmayla gecələr qarayla ağ kimi,
Necə ki adımın yanında Səkkiz
Dost, gözlərə yaxşı bax, içlərdə tap kini,
Boz şəhərdə ölür ümidlər gecələr səssiz...

(c) Ramin Səkkiz / 2016. #Ay.

 #Ay

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Gecələrin səsi.Stories to obsess over. Discover now