Bir ömürlük şeir.

182 18 6
                                    

Qarşımda Bakı mənzərəsi, kədər qoxulu boz işıqlar,
Səni hər görəndə özümdə olmuram, dəli edir o baxışlar
Sevək, dalaşaq, darıxaq, sonda buraxaq axışına,
Mən qızmar bir səhra tək, sən yağışımsan...

Sevdim saçlarını, tellərinə toxunmadan,
Ard-arda problemlər, arada bezib yorulmaq,
Lakin, sevdim səni hissləri soyutmadan,
Hər gecə yazır səni, xəyalını vərəqə toxuyur adam...

Gəl, ey sevgili,
Bu gecə şeir var,
Biraz da qırılmış ümidlər
Utanma, keç içəri,
Sən bura yad olsan da,
Bu divarlar az eşitməyib adını,
Bu vərəqlər az hiss etməyib səni
Biraz dağınıqam,
Fikir vermə,
Sevgidəndi, fikirdəndi,
Məgər sevib dağılmayan adam var?
Buyur, bu da sənə hədiyyə isti şeir,
İçində sevgi, yaşanmışlıqlar və sən varsan, sevgili...

(c) Ramin Səkkiz / 2016. #Birömürlükşeir.

Gecələrin səsi.Donde viven las historias. Descúbrelo ahora