Ümidləri qıran şəhər,
Hər yanın qəhər,
Xəyallara qoyma məhəl,
Sönmüş arzular məskəni, Bakı...İçinə qapanıq gör nə qədər şairin var,
Gecələrin şeir sətri qədər gözəl,
Səhərlərin çirkin, Bakı,
Dərdlərinlə vur şairləri, hamısı bir təhər dözər, Bakı...Sol yanım ağrılar toplusu,
Otağımı bihuş edir kədər qoxusu
Cəmiyyətində sağlam düşünə bilmir çoxusu,
Beyinlərə düzgün tərbiyəni Tanrı toxusun...Göylərdən də gəlmir kömək artıq,
Biz yıxılanda durmaq istərkən daha da batdıq
Ən dəyərliləri çətin andaca satdıq,
Yaxşını pisə, pisi yaxşıya qatdıq, Bakı...(c) RAMİN SƏKKİZ / 2016. #Bakıyaməktub.
STAI LEGGENDO
Gecələrin səsi.
Poesia"Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi. (c) Ramin Səkkiz. 2016. Qeyd: Kitabın cover-i Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.