Yaz, ağla və bağır.

166 19 5
                                    

Beynimi dağıdır cavabsız suallar.Həyat da alıb məni öz ağuşuna, sadəcə aparır ora-bura.Saxta gülümsəyə bilən üzlərlə dolu şəhərdə yox olur yavaş-yavaş səmimiyyət.Çıx şəhərə, rahatlayana qədər ağla.Boş ver insanları.Onlar onsuz başqalarının işlərinə qarışmaqdan özgə heç nə bilmirlər.Bağır Xəzərə bütün kin, küdurətini.Qışqır Bakıya, denən ki, "dəyərsizlərin qiymətli göründüyü şəhərsən sən".İç dostum, nifrətini qusana qədər iç bu gecə.Xəstəlik? Əşi, onsuz bu boz şəhərin boş cəmiyyəti xəstə edir insanı... Bakı, dağüstü parkından necə də gözəl görünürsən.Halbuki için özünü yeyir çölün də bizi.Əs ey külək əs.Gətir dəniz ətrini, gətir sevgilimin ətrini.Sevginin üç günlük olduğu, sevgililərin sevgisi yataqda son tapdığı, "əsl sevirsən ya fırladırsan?" sualının verildiyi bir cəmiyyətdə sevgidən yazmaq çətindir, dostum...
Yandır bir siqaret, çək Bakıya qarşı.Dərdini at vərəqlərə, şeir misrasına.Tanrıdan gələn sətirləri düz səssizcə dəftərinə.Azad ol bu gecə, bağır nifrətini boz şəhərə...

(c) Ramin Səkkiz / 2016. #Yazağlavəbağır.

Gecələrin səsi.Donde viven las historias. Descúbrelo ahora