Eşq-i yar.

249 30 6
                                    

Ey nazlı yarım,
Özləmindən yandı canım,
Ruhumu incitdi ağrım,
Sənsiz kədər qoxurdu hər anım...

Şeirimə bəxş eylə gözlərini,
Gözlərinə "cənnət" deyib xitab edim
Qəlbimə tuşla sözlərini,
Şeirlərimi sənə ithaf edim...

Səni yazmaq iftixar,
Necə də gözəl gülürsən
Eşqinlə bihuş oluram, yar,
Sevgi baxçasında ən gözəl gülümsən...

Musiqim ol,
Ruhumda hiss edim səni
Yağmurum ol,
Eşqinlə islat məni...

(c) Ramin Səkkiz / 2016.  #Eşq-iYar.

Gecələrin səsi.Where stories live. Discover now