Tanrım, şairlərə niyə bu qədər nifrət edirsən?
Axı biz səni çox sevirik
Hər yazılan sətir bizə göylərdən gəlir axı
Sən bizi şair eylədin,
Lakin əzablarını da bizə göndərirsən
Tanrım, şairlərə niyə bu qədər nifrət edirsən?Hər gecə qəm, qüssə içində boğursan bizi,
Min cür sınaqdan keçirirsən bizi
Bu dünyanın dərdin çəkdirirsən bizə,
Sevgi adlı ölümün əbədisini göndərirsən bizə
Hər gecə şairlərlə söhbətə gəlirsən,
Tanrım, niyə şairlərə bu qədər nifrət edirsən?...(c) RAMİN SƏKKİZ / 2016.

YOU ARE READING
Gecələrin səsi.
Poetry"Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi. (c) Ramin Səkkiz. 2016. Qeyd: Kitabın cover-i Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.