"Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi.
(c) Ramin Səkkiz. 2016.
Qeyd: Kitabın cover-i Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.
Gəl, gedək uzaqlara,toxunaq buludlara, Səmalar sanki hədiyyə qəlbi qırıqlara Bilməzdim bu qədər ağır olacaq, dost, Hər kəs tərk edəndən sonra dözmək ağrılara...
Hər gecə üsyan etmək bağırmadan, Kədəri boğazında gəzmək yorulmadan, Ömür ağacım yarpaqların tökdü solmadan, Ölmüşük biz, dost, gözlərimizi yummadan...
Yaz, yaz ki, ruhundan qəhər yüngülləşsin, Gecə ədyala sarılıb ağla Bakını o qədər sev ki, utanıb gücsüzləşsin, Bu şəhərin hər ümidsizliyini yadda saxla...
Yox olur zamanla əsl sevgilər, Vaxt keçdikcə insanlar dəyişir Bu cəmiyyətə lazım sağlam fikirlər, Qələm sözlərə aşiq olub vərəqlə sevişir...
(c) Ramin Səkkiz / 2016. #Yarayaduz.
Qeyd:Yazılarımı gözləyənlərə, bəyənərək oxuyanlara (əgər varsa) demək istəyirəm ki, bundan sonra hər şənbə günündən bazar gününə keçən gecə yazı paylaşılacaq.Təşəkkürlər.
Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.