Pis və yaxşı.

126 17 4
                                    

Sən bir xəyal idin,
Mən çirkaba batarkən xilaskarım idin
Zülfünü yanə dara can,
Qaranlıq bir diyarda tək yarım idin...
Canım idin,
İllərimi bəxş eylədiyim şeirim idin
Səhvlər içində düzüm idin,
Sən bu cəhənnəm içində cənnətim idin...
Qəmzələrinə qurban can,
Qızıl saçlarınla günəşim idin
Yaralı ruhuma məlhəmim idin,
Sən yaşama səbəbim idin...
Toxuna bilmirəm sənə,
Xəyallarımı bəzəyən mələyim idin
Göz yaşları tökülür yanağıma, qırıq qəlb,
Şair ölmüşdü, eşq məzarım idin...

Yaralı ruh,
Kədər bakalı masamda
Həyatda hər an çətin olur,
Hamı vurur, dayanmadan həmişə vurur həyat da...

Gəl can, sarıl boynuma,
Cənnəti seyrə çıxaq
Duz basma yaralı sarğıma,
Zülmətə qarşı çıraq yandıraq...

Ya da ki,
Mübarizə aparaq,
Qalib olaq, can,
Qoy ağlasın Bakı...

(c) Ramin Səkkiz / 2016. #Pisvəyaxşı.

Gecələrin səsi.Onde histórias criam vida. Descubra agora