"Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi.
(c) Ramin Səkkiz. 2016.
Qeyd: Kitabın cover-i Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.
Bir qədər küsüb həyatdan, həyata qarşı qəmgin olmuşam, Süzüb badəyə eşq şərabın, sənin eşqindən sərxoş olmuşam Bihuş olmuşam çəkib ətrini içimə, Gözümü dikib yollara, bir qədər sənsiz olmuşam. Gecələr düşünüb həyatın üzün, ruhən naxoş olmuşam, Haqsız insanların içdə vicdan axtarıb, bir qədər səyyah olmuşam Qəlbimdə ağrıları hiss edib, dözməyib şair olmuşam, Sətirlərim hər gecə dar ağacında-vərəqdə, mən bir qədər qatil olmuşam. Bakının əks cəmiyyətinə mən bir qədər tərs olmuşam, Nahaqqa haqqı göstərərək sərsəm olmuşam Çün, bilməliydim anlamayacaq o məni, Axmağa nəsə çatdırmaq istərkən mən bir qədər dəli olmuşam. Həyat hər zaman əks-hücumda, mən zərbələrdən yorğun olmuşam, Bakının küləyindən üşüyərkən sən, mən üstünə yorğan olmuşam İllərdi mübarizədə, ruh tab gətirmir daha, Mən artıq geri çəkildim, bu həyatdan çox soyumuşam...
"Hər şeyə pul var, vicdansa baha, Artıq dağ olur baxsanda bağa Bu cəmiyyət sanki qərara alıb düzgünü boğa, Dərs başa çatdı, gecələrdən səs gəlməyəcək daha..."
(c) Ramin Səkkiz.2016. #Sondərs.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.