Saçların mən olaydım.

155 10 1
                                    

             

Saçların mən olaydım kaş,
Yanında biləydin məni.
Həmişə orda qalaydım,
Həmişə sevəydin məni.

Saçların mən olaydım kaş,
Yel vurub dağıtsın məni.
Yağış da macal verməsin
Yenidən hörməyə məni.

Saçların mən olaydım kaş,
Üzünə dəyim arabir.
Gözlərinin üstün örtüm,
Gözünü öpüm arabir.

Saçların mən olaydım kaş,
Sən də toxunaydın mənə,
Mən dolaşıb barmağına,
Əlini öpəydim yenə.

Saçların mən olaydım kaş,
Birgə yaşlanaydım sənlə.
Sənlə birgə yaşayadım,
Öləndə öləydim sənlə.

© Bəhmən Həsənov / 2017.
#Ruhlarınsöhbəti.
#wattpadazerbaijan.

Ruhların söhbəti.Where stories live. Discover now