Əbədi qonaq.

22 3 0
                                    

Gecələr yuxuma gələrsən mənim,
Gözlərim yuxuda bayram eyləsin.
Könlümün bir gecə müsafiri ol,
O səni əbədi qonaq eyləsin...

Yuxunun ömrüsə o qədər az ki,
Yuxu da görsəm də doymaram yenə.
Sənə deyiləsi bir az sözüm var,
Bu gecə yuxuma gələrsən yenə.

Yapış buludların ağ əllərindən,
Buludlar gələndə sən onlarla gəl.
Bahar axşamının xoş yağışında,
Gecələr yadıma sən düşəndə gəl.

Gəl gəl ki, gecələr nura boyansın,
Gözlərin zülməti işıq eyləsin.
Mələklər hər şeyi kənara qoyub,
Bizim eşqimizdən söhbət eyləsin.

Könlümün bir gecə müsafiri ol,
O səni əbədi qonaq eyləsin...

© Bəhmən Həsənov.

Ruhların söhbəti.Tempat cerita menjadi hidup. Temukan sekarang